Modern.az

Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir

Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir

Aktual

17 Oktyabr 2019, 17:15

Son dövrlər xaricdə yaşayan soydaşlarımızın xüsusi aktivləşməsi hiss edilmək­dədir. Artıq soydaşlarımız, diaspor təşkilatları mövcud dünya reallığına uyğun ola­raq, diasporun beynəlxalq gücə çevrildiyini birmənalı şəkildə qəbul edir. Bu gün diaspor hərəkatı xarici siyasətin aparıcı qüvvəsi və qlobal məkanda milli maraqları müdafiə edən əsas güc mənbəyi kimi çıxış edir.

Cəfər SADIQOV

Yaşadığı məkandan asılı olmayaraq, hər zaman dövlətimizin və dövlətçiliyi­mizin yanında olan, milli maraqlarımızı müdafiə edən, qəlbi Azərbaycanla döyünən  soydaşlarımız döğma Vətən üçün bütün mümkün olanları edirlər.

Bu fəaliyyət bir guşə yaradaraq milli mədəniyyətimizi təbliğ etməkdən tutmuş xalqımızın taleyüklü məsələlərinin beynəlxalq tribunalardan səsləndirilməsinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya bəyan edilməsinə qədər məsələləri əhatə edir.

Mövcud dünya reallıqlarını dəqiqliklə qiymətləndirən soydaşlarımız nəinki milli maraqlarımızı müdafiə edir, hətta diaspor fəaliyyətini lobbiçiliyə qədər inkişaf etdirirlər. Ukrayna XİN-nin öz vətəndaşlarına  Dağlıq Qarabağa səfər etməməklə bağlı tövsiyəsi də diaspordan lobbiçiliyə keçidin bir nümunəsi kimi qəbul edilə bilər. Nazirliyin tövsiyəsində bildirilib ki, ukraynalılar yalnız Azərbaycanın rəsmi dairələrindən icazə alaraq, nəzarətsiz ərazilərə səfər edə bilər.

 

Əhsən Ukrayna, əhsən Ukraynadakı Azərbaycan diasporu, əhsən Ukrayna Azərbaycanliları radası”

 

Elə bunun ardınca qeyd edək ki, Ukrayna Ali Radasının deputatları mətbuatda çıxışlar edir, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edir. “Ukrayna bilir ki, Qarabağ Azərbaycandır. Dağlıq Qarabağ hər zaman Azər­bay­canın olub və olacaqdır. Bu məsələdə mövqeyimiz dəyişməyəcək!” – deyən Ali Radanın birinci vitse-spikeri Ruslan Stefançukun, Ali Rada deputatları Maryan Zablotskinin, Aleksandr Merejkonun adlarını məmnuniyyət və hörmət hissilə qeyd etməyə bilmərik. Əlbəttə, ukraynalı siyasətçilərin haqq-ədalət tərəfdarı olması, bey­nəl­xalq hüquqa hörmətlə yanaşması olduqca təqdirəlayiq haldır və alqışlanmalıdır.    

 

“Ukraynada yaşayan soydaşlarımıza, diasporumuza sonsuz təşəkkürlər”

 

Ona görə ki, adları çəkilən hər üç siyasətçi öz çıxışlarında Ukraynada Azərbaycan diasporunun və ümumilikdə azərbaycanlıların fəaliyyətini olduqca yüksək qiymətləndirirlər. Xüsusilə, hər üç siyasətçi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq üzrə  elmlər doktoru Hikmət Cavadovun adını ehtiramla qeyd edir və bu şəxsi Ukraynada yaşayan azərbaycanlı­ların liderlərindən hesab edirlər. Eyni zamanda, ukraynalı siyasilər bütün bu həqiqət­ləri, məhz H.Cavadovun çıxışlarından, keçirilən tədbir­lərdə faktlara söykənən, tutarlı fikirlərindən öyrəndiklərini qeyd edirlər.

Təbii ki, savadlı, tutarlı faktlara söykənən fikirlərlə danışan insanlar öz fikirlə­rini, həqiqətləri qəbul etdirirlər və yeri gələndə tarixi münasibətləri belə yerli cəmiyyətə izah edirlər. Məhz bunun nəticəsidir ki, Ali Radanın birinci vitse-spikeri öz çıxışında qeyd edir ki: “Azərbaycan tarixən Ukrayna üçün yalnız strateji tərəfdaş yox, həm də qardaş və dost ölkə olub…… Azərbaycanı tolerant ölkə kimi yaxından tanıyır və burada əslən ukraynalı olan vətəndaşlar üçün yaradılan imkanları yüksək qiymətləndirirəm.

Əlbəttə, qeyd edilənlər o nəticəyə gəlməyə əsas vermir ki, ukraynada və digər ölkələrdə yaşayan soydaşlarımız hər hansı fəaliyyət göstərmir. Ukrayna siyasiləri bir misal olaraq göstərildi və təbii ki, bütün bunlar Ukraynadakı digər soyadaşlarımızın fəaliyyətini dəyərləndirməmək kimi anlama gəlməməlidir. Ukraynada nəinki soy­daşlarımızı, hətta yüzlərlə yerli sakinləri işlə təmin edən, istər Azərbaycanın, istərsə də Ukraynanın sosial-iqtisadi və siyasi həyatında olduqca mühüm rol oynayan həmyerlilərimiz yaşayır.

Bütün bunlar son bir il ərzində Azərbaycan diasporunun fəaliyyətində nəzərə çarpan irəliləyişlərin, soydaşlarımızın birliyi istiqamətində atılan addımların, xaric­dəki soydaşlarımızın aktivləşməsinin kiçik bir nümunəsi idi. Ukrayna timsalında Azərbaycan diasporunun fəaliyyətinə kiçik bir ekskurs edərək, bu sahədə müşahidə edilən canlanmanı, soydaşlarımızın milli və dövlətçilik maraqları naminə faəliyyə­tini çatdırmağa çalışdıq. Ukraynada Azərbaycan diasporunun təcrübəsi, nailiyyətləri gələcəkdə belə nümunələrin daha çox və daha genişmiqyaslı olacağına ümid yaradır.

 

Turkustan.info

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...