Arxiv
17 Oktyabr 2019, 21:48 | TƏHSİL
Bakıda şagird idarəetmə sistemi yaradıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində şagird idarəetmə sistemi yaradılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  Modern.az-a  verilən xəbərə görə, şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcək peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə kömək etməkdən ibarətdir.

Paytaxtdakı 192 nömrəli tam orta məktəbdə yaradılan şagird idarəetmə sistemi çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə edirlər. Tədris ocağında mövcud iş rejimi gözlənilir və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini uğurla yerinə yetirirlər.

Məktəb idarəetməsində iştirak edən VIII, IX və X sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilirlər.

Qeyd edək ki, məktəbdə şagird idarəetmə sistemi ilə bağlı "Açıq qapı" günü təşkil olunacaq. "Açıq qapı" günündə valideynlərə layihə çərçivəsində məktəb idarəetməsində iştirak edən şagirdlər və həftə ərzində yerinə yetirilən tapşırıqlar haqqında geniş məlumat veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46