Arxiv
18 Oktyabr 2019, 21:15 | AKTUAL
“Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN

Xarici işlər naziri Elmar Məmmədyarov  “İzvestiya” qəzetinə müsahibəsinin  Ermənistan xarici işlər naziri tərəfindən yalnış şərh edilməsinə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, Ermənistan xarici işlər naziri  həmin müsahibəni şərh edərkən  bildirib ki, guya  Azərbaycan “Kazan sənədi”ndən imtina edib.

 

"Əvvəlcə məsələnin tarixçəsini qısaca xatırlatmaq istərdim. Hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu. Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 martn  tarixli bəyanatlarında öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik",- deyə Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Kazan sənədi”nə gəldikdə isə XİN-in mətbuat xidmətindən  bildirilib ki, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun aktında təsbit olunan beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib: "Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin, belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59 TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO 24 May 2020, 21:51 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 24 May 2020, 21:46 Türkiyədə daha 32 nəfər koronavirusdan öldü 24 May 2020, 21:31 Şahmat üzrə dünya çempionatı təxirə salındı 24 May 2020, 21:20 Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb 24 May 2020, 21:06 Bu ölkədə koronavirusdan ölü sayında ən aşağı göstərici 24 May 2020, 20:50 Karantin yataqxanaları tamamilə boşaldıldı 24 May 2020, 20:36 Bərdədə minik maşını yandı 24 May 2020, 20:26 Ərdoğanın şeir oxuması böyük maraq doğurdu - VİDEO 24 May 2020, 20:14 Paşinyanın bayram təbrikinə Azərbaycan XİN-dən CAVAB: Riyakarlığın ən yüksək səviyyəsidir 24 May 2020, 20:03 Bir şəklin TARİXÇƏSİ: 23 yaşlı Məhəmməd Əmin və “Nicat”... 24 May 2020, 19:20 Təbrik XƏSTƏLİYİ 24 May 2020, 18:50 İranda daha bir zəlzələ - yaralılar var 24 May 2020, 18:05 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir 24 May 2020, 17:58 ABŞ-ın Almaniyadakı səfiri istefaya hazırlaşır 24 May 2020, 17:48 Yunanlar türk yaxtasına atəş açdı- Akardan sərt açıqlama 24 May 2020, 17:37 Dünyanın ən təhlükəsiz ölkələri bəlli oldu 24 May 2020, 17:24 Məni devirmək istəyirdilər - Netanyahu məhkəmə önündə 24 May 2020, 17:16 COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüldü 24 May 2020, 17:08 Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 24 May 2020, 16:58 “Nu poqodi” cizgi filmi müasir üslubda hazırlanır 24 May 2020, 16:49