Rusiya prezidenti Vladimir Putin və fransız həmkarı Emmanuel Makronla Suriya məsələsini müzakirə edib.
Modern.az RİA "Novosti"yə istinadən xəbər verir ki, iki ölkə başçısı arasında telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Məlumata görə, Fransa və Rusiya liderləri telefon söhbətinin gedişatında Suriyanın şimal-şərqində vəziyyəti müzakirə ediblər.
Vladimir Putin əlavə edib ki, Rusiya Suriya məsələsində tərəflər arasında əlaqələrin qurulmasına imkan yaradır.