Arxiv
22 Oktyabr 2019, 09:30 | AKTUAL
 “Nəsimi dühası-650 il”

21 oktyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə tədimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

Təsdiq edilmiş qrafikə uyğun olaraq layihədə ilk olaraq 126, 244 və 283 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 283 nömrəli tam orta məktəbin akt zalında “Cahana sığmayan şair” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, YAP Binəqədi rayon təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva, məsul əməkdaşlar Kübra Əliyarlı, Rahil Şükürov, 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova, məktəbin pedagoji və şagird heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova hər kəsi salamaldı. Tədbirin hazırlanması haqqında məlumat verdi.

Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edildi, musiqilər səsləndirildi, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirildi.

Tədbirdə nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak edən tam orta məktəblərin rəhbərliyinə, kollektivlərinə, şagirdlərə minnətdarlığını bildirdi. Ramiz Göyüşov Nəsimi dühasının zənginliyindən bəhs edərək onun yaradıcılığının gənclərə çatdırılmasında daha təşəbbüskar olmağın vacibliyini vurğuladı. Qeyd etdi ki, xalqımız bütün ziyalı insanlarına, şair və yazıçılarına hər zaman hörmətlə, rəğbətlə yanaşıb, onların xatirəsini ehtiramla yad edib. Bu gün Nəsimin dühasını müxtəlif nümayişlərlə təqdim etməyə çalışan şagirdlər vətənimizə, onun dəyərlərinə nə qədər sadiq olduqlarını göstərmiş oldular.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyeva daha bir şəhid ailəsinə ev tikliməsilə bağlı göstəriş verdi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05 Deputat: Soydaşlarımızın girov saxlanması Ermənistanın cinayət əməllərinin sübutudur 11 İyul 2020, 13:57 “Murov qartalı”nın doğum günü qeyd olundu - FOTO 11 İyul 2020, 13:50