Modern.az

“Formula 1” Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı

“Formula 1” Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı

22 Oktyabr 2019, 11:42

Bu gündən  "Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına start veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH)Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məlum verib. O bildirib ki, qiymətlərdə cüzi dəyişikliklər var.

“Biletləri indidən almaq istəyənlərə 20 % endirim təklif olunur. İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 4 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Bu bənzərsiz təcrübə minlərlə coşğulu F1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri Formula 1 Dünya Çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan Qran Prisinə necə hazırladıqlarının şahidi olmaq imkanını təqdim edir”.

 

Qeyd edək ki, 2020-ci Azərbaycan Qran-prisinə 5 - 7 iyunda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir