Arxiv
22 Oktyabr 2019, 15:50 | AKTUAL
Bakı Mühəndislik Universitetində BDU-nun yubileyi qeyd olunub

   Bakı Mühəndislik Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

    
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun keçdiyi tarixi yola nəzər salıb. Rektor vurğulayıb ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara rəgmən, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni bir başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoydu. Sonrakı dönəmlərdə BDU-nun inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin verdiyi digər mühüm qərarlara da toxunan H.Məmmədov Prezident İlham Əliyevin davam etdirdiyi diqqət və qayğı nəticəsində universitetin uğurlarının zənginləşdiyini, maddi-texniki bazasının gücləndiyini vurğulayıb. Hazırda BDU ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində də önəmli rola malikdir və  universitet təhsilin inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında fəal iştirak edir.

    BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan universitetin, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib.  Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi mühüm tarixi hadisələrdən birinin, BDU-nun yaradılmasının olduğunu qeyd edən prorektor Ulu Öndər Heydər Əliyevin, bu universitetin inkişafındakı tarixi xidmətlərini vurğulayıb. A.Kazımzadə Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yubileyin qeyd edildiyini bildirib. Prorektor çıxışında həmçinin, BMU-nun gənc universitet olmasına baxmayaraq, qısa müddətdə fəxr olunası nailiyyətlər əldə etdiyini, ali təhsil ocaqları arasında özünə layiqli yer tutduğunu fikirlərinə əlavə edib, belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

   BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışında universitetin keçdiyi 100 illik yola nəzər salıb, mühüm tarixi faktları diqqətə çatdırıb.

   Daha sonra BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Akif Hüseynli, Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev Azərbaycan elminin bugünkü vəziyyəti, qarşıda duran problemlər və məzunu olduqları BDU haqqında xoş təəssüratlarını bölüşüblər.

   Tədbirin sonunda yubiley münasibətilə BDU rəhbərliyini və tədbir iştirakçılarını təbrik edən rektor H.Məmmədov müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan bu unversitetin bundan sonra da milli kadr hazırlığında, elmin, xüsusilə Azərbaycan dilinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayacağına əminliyini vurğulayıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37