Arxiv
22 Oktyabr 2019, 17:52 | AKTUAL
Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı

Bu gün Demokratik İslahatçı Gənclər İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət  və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi ərəfəsində gənclər təşkilatlarının beynəlxalq Forumu” adlı layihə çərçivəsində Qoşulmama Hərəkatı (QH) ölkələrinin gənc liderlərinin Bakı Forumu öz işinə başlayıb.


Forumu giriş sözü ilə açan beynəlxalq əlaqələr üzrə ekspert Əhməd Əlili Azərbaycanın bu qurumda təmsilçiliyindən və fəaliyyəti barədə söz açıb.  Ə. Əliyev   bildirib ki, Azərbaycanın bu gün BMT-dən sonra ikinci böyük qurumda təmsilçiliyi ölkəmizin siyasi nüfuzunun təbliğində daha bir vasitə kimi dəyərləndirilə bilər: “Azərbaycan həssas regionda yerləşməsinə rəğmən bölgədə və dünyada çevik siyasət yürütməkdədir. Bunun nəticəsi kimi bölgədə keçirilən bütün böyük tədbirlərdə rəsmi Bakı ev sahibi və ya əsas iştirakçı kimi iştirak edir. Bu isə ölkəmizin siyasi proseslərdəki yerini çəkisini sərgiləmiş olur”.


Tədbirdə çıxış edən Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynli layihənin əsas məqsədinin  QH ölkələrinin gəncləri arasında Azərbaycanın gənclər siyasətinin, ASAN xidmət brendinin, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat sayılan bu qurumun gəncləri arasında təbliğ etməkdir: “Biz buraya həmin ölkələrin bir hissəsinin gənclər təşkilatlarnı, gənc liderlərini dəvət etməklə, bu günün fəal gənci, gələcəyin məmuru, siyasətçisi olan bu fəallar vasitəsilə ölkəmizin uğurlu təbliğatını aparmağı hədəfləyirik”.


Parlamentin Beynəlxalq əlaqələr  komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi bir daha ölkəmizin bütün dövlətlərə hörmətlə yanaşmasının, sülhməramlı olmasının göstəricisidir.
"Biz hami ilə qarşılıqlı münasibətlərimizi dostluq formatında davam etdiririik. Təbii ki qarşılıqlı əməkdaşlıqda məhz bu istiqamətdə formalaşaraq inkişaf edir. Bu gün gənclərimziin də  bu mövzuda yeni bir platformada birləşmək istəməsi  təbii ki tədiredici haldır". 
Deputat Azərbaycan gənclər siyasəti ilə bağlı ölkəmizin mükəmməl qanunvericilik bazasına malik olduğunu bildiirib: “Azərbaycanda gənclərə imkan yaratmaq, onların inkişafına, iştirakına  daha geniş imkanlar açmaq üçün seçkilərdə iştirak yaşının 18 yaşa çatdırılmışdır".


Parlamentin Elm, təhsil komitəsinin üzvü Pərvin Kərimzadə  bildirib ki, bir neçə ündən sonra Azərbaycan çox böyük bir tədbirə ev sahibliyi edəcəkdir və üç il bu təşkilata sədrlik edəcəkdir.
"Bu bizim üçün məsuliyyət və nüfuz məsələsidir. Bu ona işarə edir ki, bu gün Azərbaycanın sözü eşidilir və bizimlə hesablaşırlar. İkinci amil isə odur ki, müharibə vəziyyətində olmasına rəğmən Azərbaycan dövləti bu gün bu tədbirlərə ev sahibliyi etməklə  tədbirin təhlükəsizliyinə təminat verir. Milli maraqlarımıza söykənən xarici siyarət yürüdür”.

 

Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov bildirib ki, Azırbaycan Gənclər Fondu ölkənin gənclər siyasətində aparıcı rqüvvələrdən biridir. Fond gənclərə və gənclər təşkilatlarına müxtəlif növ dəstək verməkdədir: “Gənclər Fondu yalnız layihələrə deyil, eyni zamanda gənclərin star up layihələrinə , təhsil xərclərinə də dəstək verir”.

Azərbaycan Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov isə bildirib ki, Azərbaycan  dünyanın enerji dəhlizini  dəyişən ölkədir: " Bu gün dünyanın aparıcı qurumları Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Çünki Azərbaycan hər zaman sülhün tərfində olub və hər bir ölkə ilə dostluq mövqeyini qoruyub. Qoşulmama hərəkatının əsas məqsədi də məhz sülh, barış deməkdir. İnanırıq ki, bu qurum mənasına uyğun olaraq orda təmsil olunan dövlətlər də hər zaman Azərbaycanın haqlı mövqeyini digər qurumlarda da dəstəkləyəcəklər".

Forumda Azərbaycan gənclər təşkilatının sədri Asif Əsgərli, Ukrayna, İordaniya, İraq, Kazaxıstannın gənclər siyasəti ilə bağlı təqdimatları dinlənilib.

İki gün davam edəcək Forumda könüllük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Forumun üçüncü günü qonaqların bir sıra dövlət qurumlarında görüşlərinın keçirilməsi nəzərdə tutulur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik Bakı ilə yanaşı digər şəhər və rayonlarda da nöqsanlar aşkarladı 14 İyul 2020, 11:47 Qubada futbol oynayanlar cərimələndi 14 İyul 2020, 11:41 Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54