Modern.az

2020-ci ildə pensiyaların orta aylıq məbləği 300 manata çatacaq?..

2020-ci ildə pensiyaların orta aylıq məbləği 300 manata çatacaq?..

İqtisadiyyat

24 Oktyabr 2019, 13:57

2020-ci ildə əmək pensiyalarının ödənişi üçün xərclərin proqnozu 2019-cu ilin rəqəmlərinə nisbətdə 16,63 faiz və ya 651,68 milyon manat çox nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin zərfində qeyd edilib. Büdcə zərfinə əsasən, 2020-ci ildə əmək pensiyalarının ödənişi üçün ümumi məbləğ 4570,08 milyon manat planlaşdırılıb.

Növbəti ildə əmək pensiyalarının maliyyələşməsi üçün tələb olunan əlavə 651,7 milyon manatın 475 milyon manatını (72,88 faiz) növbəti il üzrə 19,9 faiz indeksləşmə əmsalının gətirdiyi maliyyə yükü, qalan hissəsi isə dövlət qulluqçularının əmək haqlarının artırılması, 200 manata çatdırılma ilə bağlı formalaşan əlavə yük ödənilməmiş məhkəmə xərclərinin ehtimal olunan yükü təşkil edir.

Əmək pensiyalarının nominal xərcləri üzrə 2018-ci ilin may-dekabr aylarının faktiki göstəriciləri əsasında 25,6 milyon manat, 2019-cu ilin 8 ayı üzrə isə 56,4 milyon manat vəsaitə qənaət edilib. Ümumilikdə bu əsasda 14 ay ərzidə 82 milyon manatdan artıq vəsaitə qənaət edilib.

Əmək pensiyalarının orta aylıq məbləği 2018-ci ildə 7,7 faizlik, 2019-cu ildə isə 11,8 faizlik artımla 2019-cu il üçün 250,8 manat təşkil edib. 2020-ci il üçün əmək pensiyalarının orta aylıq məbləği 293,3 manat proqnozlaşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir