Modern.az

İraqdakı aksiyalarda ölənlərin sayı 63-ə çatdı

İraqdakı aksiyalarda ölənlərin sayı 63-ə çatdı

27 Oktyabr 2019, 00:58

İraqın paytaxtı Bağdad və cənubdakı şəhərlərdə hökumət əleyhinə iki gündür davam edən aksiyalarda ölənlərin sayı 63-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə İraq Ali İnsan Haqları Komissarlığı məlumat yayıb:

“Cümə günü yenidən başlayan etirazlarda Bağdadda 10, Meysanda 14, Zikarda 15, Bəsrədə 7, Müsənnada 1, Babildə 4 və Divaniyyədə 4 nəfər həlak olub”.


Məlumata görə, etirazlarda yaralı sayı 2592-ə çatıb.

Qeyd edək ki, İraqda işsizlik və korrupsiya əleyhinə etirazlar davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir