Arxiv
27 Oktyabr 2019, 10:23 | ƏDƏBİYYAT
“Vəzifədə olanların ətrafında bir neçə Əli Ağalar var” - Səfir Vilayət Quliyev

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev vəzifəli şəxslərə tez-tez müxtəlif xahişlərlə müraciət edən insanlar haqqında yazıb.

Modern.az-ın məlumatına görə, səfir öz başına gələn hadisəni təsvir edib:

“Doğumunun 150-ci ildönümünü qeyd etdiyimiz Əhməd bəyin oğlu Səməd Ağaoğlu (1909-1983) zahirən də, taleyi ilə də atasına bənzəyirdi. Onun kimi Fransada hüquq təhsili almış, həyatını sözə, ədəbiyyata həsr etmişdi. 1950-ci illər Türkiyə siyasətinin ünlü simalarından biri kimi tanınmışdı. Türkiyədə həqiqi çoxpartiyalı sistemin yaranmasında atasının Sərbəst Firqə quruculuğu ilə başlatdığı işləri sona çatdırmışdı.
1946-cı ildə Demokrat Partiyasını yaradanlar arasında yer almış, partiya 1950-ci il seçkilərində qalib gələndən sonra Adnan Menderes hökumətində baş nazirin müavini, iqtisadiyyat naziri kimi mühüm vəzifələr tutmuş, üç dəfə Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçilmişdi. 1960-cı ilin mayındakı hərbi çevrilişdən sonra həbs edilmişdi. Yassıada məhkəməsinin son iclaslarına qədər adı haqqında edam cəzası istənənlərin siyahısında idi. Yalnız son anda dar ağacından qurtula bilmişdi.

Həyatının həmin çətin dövrünü "İpin (dar ağacının kəndiri nəzərdə tutulur - V.Q.) kölgəsində keçən günlər" adlı memuarlarında təsvir etmişdi. Məhkəmə onun haqqında müəbbəd (əbədi, ömürlük) həbs cəzası hökmü çıxarmışdı. 1965-ci ildə verilən əfvi-ümumi ilə azadlığa çıxmış, daha 18 il yaradıcılıqla məşğul olmaq imkanı qazanmışdı. 1968-ci ildə hətta ata-baba yurdu Qarabağı-Şuşanı ziyarət etmişdi. Yeri gəlmişkən, hələ o zaman gələcəkdə bu bölgəni gözləyən erməni separatizmi barədə həyəcan siqnalı çalmağı da yaddan çıxarmamışdı.

Səməd bəyin "Hayat Bir Macera! Çocikluk ve Genclik Hatıraları" adlı memuarlarını oxuyarkən diqqətimi bir epizod çəkdi. Situasiya kədərli olsa da, gülməkdən özümü saxlaya bilmədim.
Deməli, vəzifədə olduğu dövrdə təbii ki, millətimizin adət-ənənəsinə uyğun olaraq Səməd bəy də imkanı daxilində adamlara kömək göstərib.

"Bu Bağlum (Ankara ətrafında kənd. Orada Əhməd bəyin yazlıq evi olmuşdu-V.Q.) köylüləri arasında öyleleri var ki, bugüne kadar beni bırakmadılar. Ama çoğu zaman her hangi bir işleri için. Bir bekçi Necmettin ağa vardı. Ölünceye kadar geldi, gitti. Kardeşi Ali ağabeginin gülünc bir taklidiydi. Şahsi işleri kadar köye ait meseleleri bana gördürmeye çalışırdı. Bağlum yolunu asfalt yaptırmak için benim aracılığımı istemiş, arzusuna kavuşmadan yakamı bırakmamıştı. "Sen bizim elimizde büyüdüm, oğul, hakkımı helal etmem sonra!" -diye bağırırdı yüzüme karşı. Onu keçen yıl, 1963 Haziran`ında Ankara Numune Hastanesi`nin siyasi mahkumlara ayrılmış bahçe pavyonunda karşımda gördügüm zaman şaşırdım. Oğlu için benden iş istedi. "Ali Ağa", dedim, "ben şimdi sadece bir mahpusum, ne yapabilirim?" Yüzümü okşadı. "Sen bizim Ahmet bey`in oğlusun. Yine istedigini yaptırabilirsin. Ha göreyim seni, iki gözüm Sametim!".

Bu epizodu niyə xatırladım?

Şübhəsiz, qardaş Türkiyədəki kimi bizim ölkəmizdə də vəzifə sahibi olan hər şəxsin ətrafında bir və ya bir neçə bu cür Əli Ağalar olur.

Mənim də indiyə qədər salam-kəlam saxladığım belə bir Əli Ağa var. Orta məktəbdə birlikdə oxumuşduq. Uşaqlıq dostu olmuşuq. Xətrini də istəyirəm. XİN-də işlədiyim dövrdə xüsusi fəallıq göstərirdi. Məhəlləmizə ayrıca bir transformator qoydurmaqdan tutmuş kənddə məktəb, rayon mərkəzində məscid binası tikdirmək kimi ən müxtəlif təşəbbüslərlə yanıma gəlirdi. Ən çox xahişi isə özünün, qohum-qardaşının uşaqlarının iş məsələsi ilə bağlı olurdu. İmkan düşəndə kömək eləməyə çalışırdım.

Bu vəziyyət mən XİN-dən uzaqlaşandan sonra da davam etdi. Əvvəlcə Varşavaya, sonra da Budapeştə zəng vurmağında davam edirdi. Bir neçə gün əvvəl yenə telefon açmışdı. Oğlunun, ya da bacısı oğlunun iş məsələsi ilə bağlı idi. Bir-iki nəfərə zəng vurub binagüzarlıq etməyimi istəyirdi.

- Qardaşım, dedim. - Mən 15 ildi ki, məmləkətdən kənarda yaşayıram. Əslini bilmək istəsən, o dediyin adamlar bəlkə adımı da çoxdan yaddan çıxarıblar. Mən olmayım, sən ol - indi nə deyib onlara zəng vura bilərəm? Hələ heç bilmirəm, telefonuma cavab verəcəklər, yoxsa yox?
Dostum da eyni ilə Səməd bəyin təsvir etdiyi Əli Ağa kimi dil-dil ötməyə başladı.
- Nə danışırsan? Sənin ölkə ilə bir hörmətin var. Hamı xətrini istəyir. Zəng vurub bir söz desən, ağız açsan sevinərlər...
Və s. buna bənzər sözlər...
Yox, dostum, keçəl suya getməz!"


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB? 28 Yanvar 2020, 20:00 Ukraynadan Çinə uçuşlar dayandırılır 28 Yanvar 2020, 19:56 Saxta qulaqcıqların təhlükəsi məlum oldu 28 Yanvar 2020, 19:50 Azərbaycanda tələbələr nə qədər təqaüd alır? 28 Yanvar 2020, 19:42 Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə edilən şikayətlərdən danışdı 28 Yanvar 2020, 19:33 Deputat və həyat yoldaşı öldürüldü 28 Yanvar 2020, 19:26 Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı - FOTO 28 Yanvar 2020, 19:19 Masallıda yeni çay plantasiyaları salınıb 28 Yanvar 2020, 19:11 Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO 28 Yanvar 2020, 19:03 Mərkəzi xəstəxanalarda növbəni tənzimləyən terminallar quraşdırıldı 28 Yanvar 2020, 19:00 Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO 28 Yanvar 2020, 18:58 Polis zabitindən nümunəvi ADDIM 28 Yanvar 2020, 18:53 Qarabağ kanalında batan var 28 Yanvar 2020, 18:45 Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 28 Yanvar 2020, 18:39 İDEA daha bir həyəti abadlaşdırdı - VİDEO 28 Yanvar 2020, 18:30 Cavanşir Paşazadə 6 kəndin sakinləri ilə görüşdü - FOTO 28 Yanvar 2020, 18:25 Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu 28 Yanvar 2020, 18:17 Dünya çempionları Ülvi Quliyevi dəstəkləyir - VİDEO 28 Yanvar 2020, 18:09 Musa Quliyevin Gəncədə izdihamlı görüşü - FOTO 28 Yanvar 2020, 18:00 Rəşad Camalovun vəkilindən  iddialara cavab: “Qanun qarşısında məsuliyyət daşıyırlar” 28 Yanvar 2020, 17:55 Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı 28 Yanvar 2020, 17:48 Məşhur meyxanaçının ürəkdağlayan görüntüləri: Bir ildir ki, yataq xəstəsidir - VİDEO 28 Yanvar 2020, 17:42 Əbülfəs Qarayev BMT-nin İnkişaf Proqramının nümayəndəsi ilə görüşdü 28 Yanvar 2020, 17:36 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 28 Yanvar 2020, 17:30 Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR 28 Yanvar 2020, 17:24 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 28 Yanvar 2020, 17:18 Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi 28 Yanvar 2020, 17:12 Netanyahu Putinə “Əsrin razılaşması” barədə məlumat verəcək 28 Yanvar 2020, 17:06 Çin restoranlarına getməyin! - Nazirlikdən XƏBƏRDARLIQ 28 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - Fotolar 28 Yanvar 2020, 16:54 Məmurlara bəd xəbər - Bu qərar ləğv olundu 28 Yanvar 2020, 16:48 İcra başçısı pambıq əkini ilə bağlı göstəriş verdi 28 Yanvar 2020, 16:42 “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı 28 Yanvar 2020, 16:36 Xoşbəxt Yusifzadə Fəxri professor oldu 28 Yanvar 2020, 16:30 Çindən gələn mallara qadağa- RƏSMİ 28 Yanvar 2020, 16:24
SORĞU Yeni parlamentdə kimlər olsun?