Modern.az

Azərbaycanlı yeniyetmə ABŞ Konqresinin önündə cəsarətli ÇIXIŞ ETDİ - VİDEO

Azərbaycanlı yeniyetmə ABŞ Konqresinin önündə cəsarətli ÇIXIŞ ETDİ - VİDEO

1 Noyabr 2019, 10:44

ABŞ-dakı Azərbaycan icması qondarma “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Mais Mailyanın Konqresdə çıxış etməsinə etiraz əlaməti olaraq aksiya təşkil ediblər.

 

Modern.az xəbər verir ki, Amerikanın müxtəlif şəhərlərində,Vaşinqton, Nyu-Yorkda yaşayan azərbaycanlı icması “İşğalı dayandarın, bizim torpaqlardan çıxın!”-deyə şüarlar səsləndirib. Konqresin önündə keçirilən aksiyada ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın azyaşlı övladı Fərhad Anaroğlu ermənilərə qarşı cəsarətli çıxış edərək,  Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.

 

“Ermənilər bizim torpaqlardan çıxsa, dediyimiz kimi, danışıqlar apara bilərik. Mən istəmirəm ki, insanlar ölsün. Qohumlarımın çoxu müharibədə ölüb, zorla öz evlərindən çıxarılıblar. Heç kim eyni hadisənin təkrarlanmasını istəmir. Bu yaxınlarda bir məqalə oxumuşdum ki, Azərbaycan istəsə, 2 saatdan az bir müddətdə Qarabağı işğaldan azad edə bilər. Lakin biz bunu istəmirik, sülh istəyirik. Əsas məsələ odur ki, siz də bunu istəyin”- deyə yeniyetmə azərbaycanlı bildirib.

 

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli Real TV-ə açıqlamasında Azərbaycanın Qarabağ üçün hələ son sözünü söyləmədiyini bildirib.

“Qarabağ Türk dünyasının canı, Azərbaycanın ruhudur. Dünyada 250 milyon türk olduğu müddətdə ermənilərin hansı yola əl atmasından aslı olmayaraq, Qarabağ onların olmayacaq. Fərqi yoxdur ki, necə siyasət yerdirlər və yaxud iyrənc əməl üçün nə qədər pul xərcləyirlər, amma bilməlidirlər ki, məkrli planları baş tutmayacaq”.

 

Modern.az azərbaycanlıların Konqres önündəki aksiyasından videogörüntüləri təqdim edir. Fərhad Anaroğlunun çıxışı 6:22 dəqiqədə başlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir