Arxiv
3 Noyabr 2019, 16:21 | MƏDƏNİYYƏT
“Boz kardinal” - Az danışan, ancaq çox şeyi həll edən SİYASƏTÇİ…

Bu günlərdə sosial şəbəkələrdə “Boz kardinal” ifadəsinə tez-tez rast gəlmək olur...

Müxtəlif ölkələrin siyasətində əsasən kölgədə qalmağa üstünlük verən, lakin proseslərə dolayısı ilə çox ciddi təsir edən, hadisələri öz marağına uyğun yönləndirməyi bacaran şəxsiyyətlər var ki, onları “Boz kardinal” adlandırılar. Başqa sözlə, “Boz kardinal”lar pərdə arxasından dövlətin yönləndirilməsi üçün qərar qəbul verən və ya məsləhətçi qismində çıxış edən şəxslərdir.

Onlar çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirilirlər…

Bəs “Boz kardinal” sözü hardan yaranıb, ilk dəfə bu ad kimə verilib?

Modern.az saytının məlumatına görə, “Boz kardinal” ifadəsinin tarixi 17-əsrdən başlayır…

Belə ki, 1610-cu ildə Fransa imperatoru IV Henri  qətlə yetiriləndə onun oğlu XIII Lüdovikin cəmi 8 yaşı vardl. IV Henrinin ölümündən sonra dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdı.
Bu səbəbdən yetkinlik yaşına çatan kral XIII Lüdovik 1624-cü ildə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyeni ölkənin baş naziri vəzifəsinə dəvət edir.

Arman-Jan dyu Plessi de Rişelye tez bir zamanda kral hakimiyyətini gücləndirərək, ölkənin inkişaf çərhələsinə qədəm qoymasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. O zaman kardinal əslində dini bir vəzifə idi - kardinallar katolik kilsəsində Roma Papasından sonra ən yüksək vəzifəli şəxslər sayılırdılar.

Roma papasını məhz onlar – kardinallar seçirlər. XIII əsrdən kardinallara qırmızı papaq və qırmızı paltar geyinmək göstərişi verilmişdi. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi.

Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə “qırmızı kardinal” adı verilmişdi. Lakin Rişelyenin arxasında heç bir vəzifə tutmayan, amma bütün məsləhətlərini baş nazirin ciddi nəzərə aldığı Kapusinlər ordeninin sadə rahibi Josef ata dururdu. Onun əsl adı Fransua Lekler dyu Tramble idi. Bundan xəbəri olanlar rahib Jozef ataya kapusinlərin xarakterik geyimi-boz rəngli cübbəsinə görə “Boz kardinal” adı vermişdilər.
Həmişə boz rəngli cübbə geyinən rahib Josef ata baş nazir Rişelyenin qəbul etdiyi qərarların əsas müəllifi sayılırdı.

O zamandan hakimiyyətdə üzdə görünməyən, lakin arxada mühüm məsələlər üzrə qərarların qəbul edilməsində ciddi rol alan şəxslərə “Boz kardinal” deyirlər.

Sonralar da bu ləqəb adətən formal vəzifə daşıyan, üzdə fəal olmayan, amma arxada ciddi güc sahibləri hesab edilən şəxslərə verilib.

Müasir dövrümüzdə də “Boz kardinal”lar az deyil…


Məsələn, hazırda Rysiyada dövlət neft şirkəti olan “Rosneft”in prezidenti İqor Seçini “Kremlin boz kardinalı” adlandırırlar. Rusiya siyasətində qəbul edilən bir çox önəmli qərarların məhz İqor Seçinin təsiri ilə qəbul edildiyi bildirilir.

Qərb mətbuatı zaman-zaman Azərbaycanın cənub qonşusu İranda da “Boz kardinal”lardan yazıb. ABŞ-ın aparıcı nəşrlərindən olan “Foreign Policy” jurnalı iddia edir ki, hazırda İranda xarici siyasət üzrə real “şef” xarici işlər naziri Məhəmməd Zərif deyil, İranın ali dini lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətidir. Onu İran liderinin plan və niyyətlərinin “tərcümanı” adlandırırlar. Əli Əkbər Vilayəti İran xarici siyasətinin “Boz kardinal”ı hesab olunur.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava proqnozu AÇIQLANDI 13 Noyabr 2019, 13:15 Qarabağın azərbaycanlı icmasından Lavrovun qalmaqallı fikirlərinə REAKSİYA 13 Noyabr 2019, 13:07 Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30 "Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib - FOTO 13 Noyabr 2019, 12:22 Yanvardan pensiyalar bu qədər ARTACAQ 13 Noyabr 2019, 12:15 Marketlərdən seyf oğurlayan şəxslər tutuldu 13 Noyabr 2019, 12:07 Milli Məclisdə büdcə müzakirələri DAVAM EDİR 13 Noyabr 2019, 12:04 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO 13 Noyabr 2019, 12:00 Elinanın anası apelyasiya şikayəti verdi 13 Noyabr 2019, 11:52 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO 13 Noyabr 2019, 11:45 “O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ 13 Noyabr 2019, 11:45 Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO 13 Noyabr 2019, 11:40 İnam Kərimov iki rəhbər şəxsi işdən uzaqlaşdırdı 13 Noyabr 2019, 11:34 Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı 13 Noyabr 2019, 11:33 Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda 13 Noyabr 2019, 11:27 Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya BAŞLADI 13 Noyabr 2019, 11:24 Bakıda 570 güzəştli mənzildən neçəsi rəsmiləşdirilib? - AÇIQLAMA 13 Noyabr 2019, 11:20 Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar 13 Noyabr 2019, 11:15 İcra başçısı vətəndaşların problemilə yerində tanış olub   13 Noyabr 2019, 11:13 Niyə öskürürük?   13 Noyabr 2019, 11:03 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə olan müraciətlər nə barədədir?... 13 Noyabr 2019, 11:03 Elşad Həsənov kollektivə təqdim olundu 13 Noyabr 2019, 10:54 Tramp Ərdoğana 100 milyard dollarlıq təklif etdi 13 Noyabr 2019, 10:53 Qan yaddaşımızın “Söz Aynası 13 Noyabr 2019, 10:51 Eldar Əzizov Sabunçuda: “Prezident qarşımıza tapşırıq qoyub” 13 Noyabr 2019, 10:45 Növbəti “Məktəb seminarları” Xəzər və Pirallahda 13 Noyabr 2019, 10:42 Mirqafar Seyidova ağır itki üz verib  13 Noyabr 2019, 10:38 Müsavat başqanının müavininə 15 sutka həbs verildi 13 Noyabr 2019, 10:32