Arxiv
5 Noyabr 2019, 17:40 | PARLAMENT
“Sahibkarın belinə o qədər yük qoyulub ki..” - Deputat Milli Məclisdəki toplantıda çıxış etdi

“Ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır. Narazılıq da buradan qaynaqlanır. Kölgə iqtisadiyyatı, inhisarçılıq, korrupsiya normal şəkildə sahibkarlıq fəaliyyətinə imkan vermir. Əmək və Əhalinin sosial Müdafiə naziri söylədi ki, dövlət dəstəyi ilə 65 iş yeri açılacaq, əslində bu da insanlar üçün məşğulluq problemini həll etmir. Maaş aşağı olacaqsa, kimsə bu iş yerlərində çalışmağa maraqlı olmayacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa noyabrın 5-də Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edərəkən səsləndirib.

Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası media üçün qapalı olub.

Həmin iclasdakı çıxışını deputat sosial şəbəkə hesabından paylaşıb.

F. Mustafa bildirib ki, bütün maneələrin götürülməsi sahibkarların özlərinin iş yerləri yaratmalarına imkan verəcək:

“Sahibkarın da belinə o qədər yük qoyulub ki, adamlar harasa investisiya yatırmaqdan qorxur. Üstəlik də banklar aşağı faizlə kredit vermirsə, məhdud pul vəsaiti köçürmə imkanı tanınırsa, üstəlik də inhisarçılığın qarşısında müdafiə oluna bilmirsə, adam iqtisadiyyata necə investisiya yatıra bilər?”.

Deputat son vaxtlar yaradılan publik hüquqi şəxslər haqqında da danışıb və bu qurumların dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələrin aparılmasını irəli sürüb:

“Əvvəllər rüşvətlə başa gələn işlər, indi bu qurumların "xidmət haqqı" adı altında aldığı məbləğin yanında toya getməlidir. Nədənsə yaradılan bütün qurumların ilk işi vətəndaşdan necə artıq pul qoparmaqdan iibarət olur. Halbuki, gəlin əvvəlcə vətəndaşa pul qazanmağa imkan yaradaq, sonra vergisini, sığorta ödənişlərini tələb edək”.

2020-ci ilin yanvarın 1-dən ölkədə bütün daşınmaz əmlaka icbarı sığorta tətbiq olunacaq. F. Mustafa bu barədə də danışıb:

“Adətən sığortanı əmlak riskinə görə tətbiq edrlər, ucdantutma daşınmaz əmlakın sığortası yanlış və lazımsız yoldur, vətəndaşdan əlavə pul qopartmaq vasitəsi kimi düşünülüb.

Bütün bunlardan əlavə, əlil uşaqlar üçün ayda verilən müavinətin məbləği 15 manatdır. Təsəvvür edirsinizmi ki, bu rəqəm o uşağın üç günlük problemini çözməyə uyğun deyil. Bu rəqəm ən azı üç dəfə artırılmalıdır”.

F.Mustafa kitab və çap məhsullarına qoyulan 18 faizlik ƏDV-nin sıfırlanmasını da təklif edib:

“Onsuz da ölkədə savadsızlıq baş alıb gedir. Heç olmazsa, kitab çapı sahəsində qiymətləri aşağı salmaqla insanları oxumağa daha çox təşviq edə bilərik”.

Deputat paytaxtın nəqliyyat infrastrukturuna, bu sahədəki problemlərə də toxunub:

“Bizdə deyirlər ki, iş vaxtı guya gündə 8 saatdır. Halbuki bu rəqəm 12-13 saata qədər çıxır. Bakıda tıxac o səviyyədədir ki, adam iki saat öncə evdən çıxır, iş vaxtından iki saat sonra evinə yetişə bilir. Bu insanların yollarda keçən vaxtını hansısa formada konpensasiya ilə ödəməyi düşünməliyik. Tıxacı həll etmirsinizsə, heç olmazsa, vaxt itkisinə məruz qalan vətəndaşa əlavə ödəniş verilməlidir.

Həmçinin, bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsi mütləq təmin olunmalıdır. Ölkədə bəlkə də gələcəyimiz üçün ən vacib problemlərdən biri budur”.

Gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağını xatırladan millət vəkili keyfiyyətsiz dərmanlar probleminə də diqqət çəkib:

“Deyək ki, vətəndaş normal müalicə olundu. Onu harasa aptekə dərman almağa göndərəcəklərmi? O halda bahalı və keyfiyyətsiz dərmanları almağa onun pulu yetəcəkmi? Biz xaricə gedəndə qohum-tanış hamısı siyahı verir ki, bəs, bizə filan dərmanı al! Səbəb odur ki, Azərbaycandakı dərman mafiyası dərmanın keyfiyyət göstəricilərini dəyişir və baha qiymətə xalqa sırıyır. Qida təhlükəsizliyi də digə yandan bir bəlaya çevrilib, ona görə də onkoloji xəstəxananın qarşısında insanlar o biri dünyaya bilet növbəsində az qala bir-birinin üstünə çıxırlar”.

F.Mustafa sonda əlavə edib:

“Ölkə prezidenti çox şeyi açıq söyləyir, bizlər isə hələ də qorxa-qorxa inhisarçılıqdan, korrupsiyadan danışırıq. Geniş miqyaslı özəlləşməyə start verilməlidir, dövlət müəssisələrinin böyük əksəriyyəti rentabelli deyil, büdcənin sosial yükünü azaltmanın tək yolu vətəndaşlara gerçək iqtisadi azadlıqların verilməsindən keçir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14 Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldı 26 Fevral 2020, 17:08 Konstitusiya Məhkəməsi dairələrin nəticəsini ləğv edə bilər 26 Fevral 2020, 17:04 Bakıda qanunsuz fəaliyyət göstərən şirniyyat sexləri AŞKARLANDI - FOTO 26 Fevral 2020, 16:59