Modern.az

Müsavatın mitinqinə icazə verildi

Müsavatın mitinqinə icazə verildi

Aktual

6 Noyabr 2019, 15:16

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Məclisinin noyabrın 10-da mitinq keçirmək barədə müraciətinə müsbət cavab verib.

 

Bu barədə Modern.az-a BŞİH-nin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

 

İ.Kərimov qeyd edib ki, mitinqin keçirilməsi üçün Qaradağ rayonu nəzərdə tutulub:

 

“10 noyabr saat 15:00-dan 17:00-a kimi Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında mitinq keçirilə bilər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!