Modern.az

“Su filtri satanlar “Azərsu”nun verdiyi suyu antireklam edirlər” - Qorxmaz Hüseynov

“Su filtri satanlar “Azərsu”nun verdiyi suyu antireklam edirlər” - Qorxmaz Hüseynov

Aktual

7 Noyabr 2019, 11:54

"Su filtrlərinin reklamı ilə "Azərsu"nun sakinlərə verdiyi suyu antireklam edirlər". 

 

Modern.az xəbər verir ki,  bunu YAP İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O qeyd edib ki, yarımadanın çox dayanıqlı su mənbələri var:

 

"Halbuki bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir. Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Amma həmin şübhələrin heç bir əsası yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?