Arxiv
9 Noyabr 2019, 15:25 | TƏHSİL
Azərbaycan universitetlərindəki bu ixtisaslar gələcəkdə lazım olmayacaq - Ekspert SADALADI

Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı... Bu peşə sahiblərinə gələcəkdə tələbat daha çox olacaq. Rusiyalı tədqiqatçılar bu qənaətə gəliblər.

Maraqlıdır bəs, yaxın gələcəkdə sıradan çıxacaq, ehtiyac duyulmayan ixtisaslar hansılardır ?

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bu gün  Texniki Universitetin, Memarlıq və İnşaat Universitetinin, Neft və Sənaye Universitetinin hazırladığı bir çox ixtisaslı kadrlara əmək bazarında ehtiyac olmadığını bildirib.

““Mexanika, Materialşünaslıq mühəndisliyi”, “Dağ-mədən mühəndisliyi”, “Meterologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”, “Metallurgiya mühəndisliyi” , “Biotibbi texnologiya mühəndisliyi” kimi və bir-birinə iqtisadiyyat istiqamətində yaxın olan ixtisaslar öz əhəmiyyətin itirib yoxa çıxacaqlar. Düşünürəm ki, Azərbaycanda ixtisas seçimi məsələsində ölkə səviyyəsində araşdırma aparmalı və regionlara uyğun olan lazımlı ixtisaslar müəyyən edilməli dir. Hesab edirəm ki, universitetdə daha lazımlı ixtisasları yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar. Məsələn, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər. Bu ixtisaslar yenilənməli, müasir tələblərlə cavab verən ixtisaslar yaradılmalıdır”.

 

Kamran Əsədovun sözlərinə görə, bəzi ixtisaslar var ki, orada doğrudan da kollec məzunlarına ehtiyac yoxdur.

“Məsələn, riyaziyyat, xarici dillər, ibtidai sinif və ümumiyyətlə, bütün ixtisaslar üzrə müəllim ixtisasları var. Düşünürəm ki, müəllim ali təhsilli olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məsələn, Finlandiya orta məktəblərində magistraturanı bitirənlər ancaq orta məktəblərdə müəllim etmək hüququ qazanırlar. Demək, zaman dəyişib, tələblər başqadır. Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Dünyada belə bir tendensiya gedir, gələcəyin yeni ixtisasları formalaşır. Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur. Mən özüm də Azərbaycanın əmək bazarına hansı ixtisaslar lazım olacaq, onu bilmirəm. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Azərbaycanın əmək bazarına bu hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra  hansı ixtisaslara ehtiyac olacaq biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur. Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu təlabat getdikcə daha da artacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?