Modern.az

Nazirlik Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı məlumat yaydı

Nazirlik Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı məlumat yaydı

11 Noyabr 2019, 12:20

Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və Rafael Hüseynovun bıçaqlanması barədə məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Pirallahı rayonunda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da daxil olub. 

 

"Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", nazirlikdən bildirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır