Modern.az

Sabirabadda qoyun oğruları tutuldu

Sabirabadda qoyun oğruları tutuldu

11 Noyabr 2019, 17:54

Sabirabadda  oğurluq edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Modern.az-a verilən məlumata görə, noyabrın 6-da  Sabirabad rayonu Əlicanlı kənd sakini bir qadın Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən  ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib. 

         
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun  Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

         

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir