Modern.az

Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu

Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu

11 Noyabr 2019, 23:08

Salyan rayonunda qoç 63 yaşlı qadını vurub.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, hadisə Kürqaraqaşlı kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızı axşam saatlarında fərdi yaşayış evinin həyətində saxladığı xırdabuynuzlu heyvanları tövləyə salarkən qoc ona hücum edib. Nəticədə 63 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Əsgərova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir