Modern.az

Azərbaycanlı fəal Paşinyanı çətin duruma saldı - VİDEO

Azərbaycanlı fəal Paşinyanı çətin duruma saldı - VİDEO

12 Noyabr 2019, 23:38

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanı çətin duruma salıb.

Modern.az xəbər verir ki, hadisə Paris Sülh Forumunda yaşanıb.  

Bəxtiyar Hacıyevin  Paşinyana Qarabağla bağlı ünvanladığı sual Baş naziri çətin vəziyyətə salıb:

“Mən hazırda Ermənistanın nəzarətində olan ərazidə doğulmuşam. Amma təbii olaraq öz doğulduğum yerə gedə bilməmişəm. Siz münaqişə ilə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o öz qələmini Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, sonra qələmi Bəxtiyardan alıb.

“Bu, Azərbaycandan bir hədiyyədir”,- deyə  B.Hacıyev qələmi Paşinyana verib və sualına davam edib:


“Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş naziri kimi Xankəndində “Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

B.Hacıyev eyni zamanda xatırladıb ki, Azərbaycan Prezidenti “Dağlıq Qarabağ Azərbaycandır və nida” ifadəsini də işlədib.

Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək, ciddi bir arqument göstərə bilməyib.

Sonradan B.Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Mən də dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.

Modern.az Qafqazinfo-ya istinadən həmin videonu təqdim edir:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı