Arxiv
13 Noyabr 2019, 08:09 | DİASPOR
Amerikada milli musiqimizi təbliğ edən azərbaycanlı - FOTOLAR

Adət və ənənələrimizə çox bağlı insandır. Uzun illər Amerikada yaşamasına baxmayaraq, milli kimliyini hələ də itirməyib. Əsl azərbaycanlı xanımına xas olan görkəmi, mədəniyyəti, davranışı onu daha da möhtəşəm göstərir. Son dərəcə duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclü olduğundan olacaqları öncədən hiss edə bilir. İncə ruha sahibdir, gözəllikdən zövq almağı bacarır. Həssas musiqi duyumu ilə yanaşı, məlahətli səsi də var...

...Atası Ramiz Rəhimov uzun illər Bakıda inşaatçı-mühəndis kimi çalışıb. Anası Tamella Əhmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal şöbəsində müəllim işləyib...

Haqqında söhbət açdığım Renara Rəhimova Bakı şəhərində dünyaya gəlib. 8-ci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. 1988-1992-ci illərdə indiki Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil alaraq piano müəllimi ixtisasına yiyələnib.

1992-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında əvvəlcə piano və vokal sənəti üzrə bakalavr, 1997-1999-cu illərdə isə vokal üzrə magistr dərəcələrinə yüksəlib.

1999-2005-ci illərdə 23 və 35 nömrəli musiqi məktəblərində müəllim, eyni zamanda, 2002-ci ilədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrda solist, 2001-2005-ci illərdə isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsertmeystr-vokalist kimi çalışıb. 2005-ci ildən Şimali Karolina ştatının High Point şəhərində yaşayır...


...Ömür-gün yoldaşı Həsən Həsənov şirkətlərin birində keyfiyyət üzrə mühəndis vəzifəsində işləyir. Steven adında bir oğlu var. Steven 10 yaşındadır...


Renara xanım ABŞ-da məskunlaşandan sonra yaratdığı studiyada fərdi piano dərsləri keçməklə yanaşı, yəhudilərin sinaqoqunda fəaliyyət göstərən kvartetdə solist kimi də çalışır. 2018-ci ildən isə High Point şəhər St. Marys music Akademyasında vokalist və pianoçu tələbələrə pianonun sirlərini tədris edir. Eyni zamanda, sinfonik kopellanın solistidir. Bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək, finala çıxa bilib. Bir neçə dəfə solo konsertləri baş tutub...


Solo konsertlərində Qara Qarayevin, Fikrət Əmirovun bəstələrini tez-tez ifa edən bu xanım, həm də yağlı boya ilə rəsm çəkməyi xoşlayır. Gül-çiçək əkib-becərməkdən zövq alır. Mütaliə etməkdən yorulmur. O qədər mərhəmətlidir ki, imkansız ailələrdən olan uşaqları da unutmur, onlara pianodan təmənnasız dərs keçir. İndiyədək neçə-neçə istedadlı şagirdinin qocalar evlərində solo konsertini təşkil edib...


Arzuları böyükdür. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad olsun. Ölkəmizdə sülh və əminamanlıq hökm sürsün. Oğlu Stevenə yüksək təhsil verib, onu əsl azərbaycanlı kimi böyütsün...


Ömrünün ən şirin, qayğısız çağlarını Azərbaycanda keçdiyini dilə gətirir. Müəllimlərini- Lütfiyar İmanovu, Gülcahan Əhmədova-Martınovanı, Abram Neymanı, Naira Həsənovanı xatırlayıb kövrəlir.


Deyir ki, Amerika möhtəşəm ölkədir: “Dünyanın hər yerindən insanlar axışıb gəlir. İstərdim ki, azərbaycanlıların da sayı artsın. Və bütün dünya xalqları bizim necə istedadlı, bacarıqlı millət olduğumuzun şahidi olsun”...


Elman Eldaroğlu,

[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47 İsmayıllıda piyada vuruldu 18 Yanvar 2020, 09:41 Türkiyədə reytinq rekordları qıran “Yemin” serialının azərbaycanlı ulduzu - FOTOLAR 18 Yanvar 2020, 09:31 Cəbhədə düşmən TƏXRİBATI 18 Yanvar 2020, 09:19 Ən çox və ən az namizədlə seçkilərə qatılan PARTİYALAR 18 Yanvar 2020, 09:08 Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59
SORĞU Yeni parlamentdə kimlər olsun?