Modern.az

Texniki Universitetə yeni mətbuat katibi TƏYİN OLUNDU  

Texniki Universitetə yeni mətbuat katibi TƏYİN OLUNDU  

13 Noyabr 2019, 16:15

Jurnalist Sevinc İsgəndərova Azərbaycan Texniki Universitetinə mətbuat katibi vəzifəsinə təyin olunub.

 

Bu barədə Modern.az-a S.İsgəndərova özü məlumat verib:

 

“Bu gündən fəaliyyətimi Azərbaycan Texniki Universitetinin mətbuat katibi olaraq davam etdirirəm. Ümid edirəm ki, həmkarlarımla qarşılıqlı anlaşma şəraitində çalışacağıq”.

 

S.İsgəndərova göstərilən etimada görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib:

 

"Etimadi doğrultmağa çalışacağam".

 

Qeyd edək ki, S.İsgəndərova bu təyinatadək "Space" televiziyasında çalışıb - "Siqnal" və "Abituriyent" verilişlərinin aparıcısı olub, "Azərtac" İnformasiya Agentliyində, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, "Primetime.az" və "Day.az"da fəaliyyət göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır