Modern.az

Azərbaycanda yaşayış minimumunun gələnilki məbləği bu qədər olacaq

Azərbaycanda yaşayış minimumunun gələnilki məbləği bu qədər olacaq

13 Noyabr 2019, 17:28

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub. Modern.az-ın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI