Modern.az

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO

14 Noyabr 2019, 00:21

Şəhid ailəsinin bank tərəfindən müsadirə edilən evi Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə özlərinə qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova ''Xəzər xəbər''ə danışıb. Onun sözlərinə görə, yaranan borc tam şəkildə banka ödənib və evin üzərindəki həbs bu gün götürülüb.

Şəhid qızının sözlərinə görə, borc hələ 2014-cü ildə alınan kreditə görə yaranıb. Bundan sonra ailə ölkə rəhbərliyinə müraciət edib və qısa zamanda problem nəzarətə götürülüb. Ailəyə sevindirici xəbər isə bir neçə gün əvvəl verilib.

Şəhidin ailəsi həm sentyabr ayında şəhidin həyat yoldaşının əməliyyat xərclərini qarşıladığı, həm də evləri geri qaytarıldığı üçün ölkə rəhbərliyinə minnətdarlıq edir.

Qeyd edək ki, Şaban Cəfərov 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub və 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən onun ailəsinə Mingeçiverdə yerləşən sözügedən ev hədiyyə edilib. Hazırda orada şəhidin həyat yoldaşı və oğlu yaşayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır