Arxiv
14 Noyabr 2019, 11:19 | AKTUAL
“Dünya dini liderlərinin II Bakı sammiti böyük əhəmiyyət kəsb edir”

Azərbaycanda 14-15 noyabr tarixlərində “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin 70 illik yubiley, eyni zamnada Şeyxulislamlıq fəaliyyətinin 40 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində keçiriləcək bu mötəbər toplantı  ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dəvətini qəbul edənlər sırasında BMT, İƏT, UNESKO, İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar var.

 

Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev saytımıza açıqlamasında bu sammitə dəvət olunmadığını söyləyib:

 

“Baxmayaraq ki, mən sammitə dəvətli deyiləm, ancaq bu təşəbbüsü yüksək qiymətləndirirəm. Düşünürəm ki, dini baxımından belə sammitlərin keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, ölkəmizdə keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti” dünyanın bir çox dini liderlərini bir araya gətirərək, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək”.

 

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, bütün idarənin əməkdaşları bu sammitdə iştirak edir:

 

“Bildiyiniz kimi, sayca ikinci sammit olacaq. Qeyd edim ki, çox mötəbər bir tədbirdir. Dünyanın 70 ə yaxın  ölkəsindən 500 dən artıq nümayəndə qatılıb. Tədbiri təşkil etməkdə əsas məqsəd  Azərbaycanda olan multikulturalizm və dinlərarası münasibətlər sisteminin dünyaya tanıtdırmaqdan ibarətdir. Məhz bu baxımından bu tədbirin ölkədə təşkili çox önəmlidir. Çünki Azərbaycan təcrübəsinin dünyaya çatdırılmasına böyük ehtiyac var. Hazırda dünyada hökm sürən münaqişə və konfiliktlərin əsas amillərindən biri də dindir. Məhz dindən istifadə etməklə müharibələr törədilir. Minlərlə insan bu müharibələrdə günahsız yerə məhv edilir. Bu sammitin əhəmiyyəti isə dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verməkdən ibarət olacaq. Belə bir şəraitdə Azərbaycanda birgə yaşayış prinsiplərinin bərqərar olunması və bunun dünyaya təqdim edilməsi çox önəmli bir hadisə olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13 “Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva 14 Dekabr 2019, 14:51 Metroda UNEC tələbələrinin sərgisi keçiriləcək 14 Dekabr 2019, 14:34 Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı 14 Dekabr 2019, 14:20 Toy karvanından çıxan maşın qaz şkafına girdi - əhali qazsız qaldı 14 Dekabr 2019, 13:56 Ərdoğan Qənirə Paşayevanın şeirini OXUDU 14 Dekabr 2019, 13:33 Azərbaycanlı olimpiya ÇEMPİONLARI – onlar indi nə işlə məşğuldurlar? 14 Dekabr 2019, 13:13 Bazar gününün HAVA PROQNOZU 14 Dekabr 2019, 12:56 Qarabağın azərbaycanlı icması Avropanın 751 deputatına SƏSLƏNDİ 14 Dekabr 2019, 12:37 İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır” 14 Dekabr 2019, 12:22 Goranboyda uşaqlar arasında musiqi yarışması keçirildi - FOTOLAR 14 Dekabr 2019, 11:58 Qələmin gücü paklıq prinsipinə məğlub oldu 14 Dekabr 2019, 11:42 Parlamentlərarası Dostluq qrupunun rəhbəri ABŞ Senatının qətnaməsini pislədi 14 Dekabr 2019, 11:42 Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək 14 Dekabr 2019, 11:33 Baş Nazir yeni Fondla bağlı qərar VERDİ 14 Dekabr 2019, 11:22 Polis 31 şübhəlini SAXLADI 14 Dekabr 2019, 11:16 Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi   14 Dekabr 2019, 11:07 Paytaxtda avtobus QƏZASI: yaralananlar var 14 Dekabr 2019, 10:58 Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi 14 Dekabr 2019, 10:53 ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova 14 Dekabr 2019, 10:42 Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56 Sərhəddə erməni təxribatı: Qazaxın 4 kəndi atəşə tutuldu 14 Dekabr 2019, 09:28