Modern.az

Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR

Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR

15 Noyabr 2019, 09:50

Bakı əsilli məşhur müğənni Boka (əsl adı Boris Arkadyeviç Davidyan) Moskva Millətlər Evində mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, mətbuat konfransı Bokanın “50 il sevgi ilə” konsert proqramının keçirilməsinə həsr olunub.

 

“Yeni Perspektivlər” Avrasiya Assosiasiyasının “Bizim Artsax” media holdinqi və “Millətlər İttifaqı” ilə birgə təşkil etdiyi tədbirdə Qarabağ separatçılarına informasiya dəstəyi verən “Bizim Artsax” media holdinqi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Holdinqin baş direktoru Gevorq Arzumanyan müğənnini “ermənilərin fəxri” adlandırıb. 

 

Xatırladaq ki, səhnə adı Boka olan müğənni Boris Arkadyeviç Davidyan 1949-cu il aprelin 28-də Bakıda anadan olub. O daha çox şanson janrının ifaçısı kimi tanınıb, "Dolya vorovskaya" mahnısı ilə Sovet İttifaqında böyük populyarlıq qazanıb. Bokanın nəvəsi Georgi Mkrtçyan da Joka adı ilə müğənnilik edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır