Modern.az

Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb”

Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb”

16 Noyabr 2019, 16:31

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 41 min 841 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

 

Onun sözlərinə görə, DSK-lara müraciət edənlərdən 27 min 249 nəfər fərdi qaydada, 14 min 564 nəfər siyasi partiyalar tərəfindən, 28 nəfər isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

 

MSK sədri bələdiyyə seçkilərində iştirak edəcək 22 min 529 nəfərin namizədliyinin qeydə alındığını bildirib.

 

M.Pənahov həmçinin qeyd edib ki, indiyədək 499 müşahidəçi qeydə alınıb ki, onlardan 72-si MSK, 427-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib. 

 

Qeyd edək ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü