Modern.az

İranda xalq ayağa qalxdı - FOTOLAR

İranda xalq ayağa qalxdı - FOTOLAR

16 Noyabr 2019, 22:16

İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.

Modern.az  xəbər verir ki, Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində də etiraz aksiyaları keçirilib.

Məlumatına görə, bir çox şəhərdə əhali bank şöbələrini, yanacaqdoldurma stansiyalarını, ali dini liderin portretlərini və digər rejim somvollarını yandırır.

Politoloq Şahin Cəfərlinin bildirdiyinə görə, bu saata qədər 7 nəfərin öldüyünə dair qeyri-rəsmi məlumatlar var: "Məşhur ayətullah Lütfullah Safi Qolpeyagani parlamenti qiymət artımı barədə qərarı ləğv etməyə çağırıb. Ola bilər ki, bir az sonra ali rəhbər də hökuməti bu qərara görə tənqid edərək analoji çağırış etsin. Ayətullahlar onlara komfort yaradan sistem qurublar: iqtisadiyyatın əsas sahələrinə, maliyyə axınlarına özləri nəzarət edir, qeyri-şəffaf xərcləmələr həyata keçirir, bölgədəki əməliyyatlara milyardlarla dollar sərf edirlər, prezident və onun hökuməti isə ölkədaxili problemlərə görə günah keçisi rolundadır.

Lakin aksiyalardakı şüarlar və rejim simvollarının hədəf alınması göstərir ki, camaat yetkindir və ölkədəki problemlərin təməlində sistemin dayandığını dərk edir.

Bu kortəbii və təşkilatlanmamış etirazlar nəticəsində rejim çökməyəcək, amma yaxın gələcəkdə ölkədə vəziyyətin yaxşılaşması ehtimalı olmadığından sistem üçün təhlükə də artaraq davam edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi