Arxiv
17 Noyabr 2019, 16:53 | AKTUAL
Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi

Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) səsvermə prosesi normal keçir, müşahidə zamanı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Belarusda parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

ATƏT Parlament Assambleyasının müşahidəçi qrupunun tərkibində seçkiləri izləyən T.Mirkişili bildirib ki, Minsk şəhərində seçki məntəqəsinin açılış prosesini müşahidə edib, artıq 10-a yaxın çox məntəqədə səsvermə prosesini izləyib. Gün ərzində 12-dən çox seçki məntəqəsində müşahidəçilik missiyasını həyata keçirəcək.

Deputatın sözlərinə görə, ATƏT PA-nın ümumilikdə 70 nümayəndəsi Belarusda keçirilən parlament seçkilərini müşahidə edir.

Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Mindən artıq beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.

Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də var.

Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.

Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq karate turniri - FOTOLAR 18 Yanvar 2020, 23:53 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01
SORĞU Yeni parlamentdə kimlər olsun?