Modern.az

Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü

Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü

17 Noyabr 2019, 23:51

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ölüb.

Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

Dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

Qeyd edək ki, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.  "KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI