Arxiv
18 Noyabr 2019, 21:46 | AKTUAL
Qarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedib - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyində diplomatik korpus nümayəndələri üçün "Məcburi köçkün problemi və Azərbaycan təcrübəsi" adlı tədbir keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Modern.az-a verilən məlumata görə, mərkəzin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti, Dağlıq Qarabağın Azərbaycanın İcmasının rəhbəri Tural Gəncəliyev və icmanın digər nümayəndələri tədbirə qatılıb. İlk olaraq Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib və Azərbaycanın məcburi köçkün məsələsi ilə bağlı indiyə kimi bir sıra işlər gördüyünü deyib. Onun sözlərinə görə, bu məsələ yeni olmasa da daim Azərbaycanın gündəmində saxlanılır.

Daha sonra çıxış edən BMTM sədri Fərid Şəfiyev Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün bir nömrəli məsələsi olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan əraziləri erməni işğalı altındadır:

"80-cı illərin sonlarında erməni millətçiləri Dağlıq Qarabağla bağlı özlərinin dediyi kimi "miatsum"-"birləşmə" ifadəsini ortaya atdılar. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra erməni milliyyətçiləri taktikanı dəyişdilər və "öz müqəddəratını təyinetmə" ifadəsini yaymağa başladılar. Onlar yaxşı anlayırdılar ki, "birləşmə" ifadəsi beynəlxalq ictimaiyyət tərəfindən yaxşı qəbul olunmur. Lakin bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan Xankəndidə çıxışı zamanı bir daha Dağlıq Qarabağın Ermənistan ərazisi olmasına dair iddia səsləndirib. Bu, o deməkdir ki, onlar yenidən "birləşmə" şüarına qayıdır. Lakin bu kimi ərazi iddiaları danışıqlar prosesinə cəlb olunmuş ölkələr tərəfindən mənfi qarşılandı. Hazırda bu vasitəçilik işi ilə ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa məşğul olur".

O, Ermənistanın iddialarını dəstəkləyən istənilən bəyanatın münaqişənin həllini təhdid altına aldığını vurğulayıb: "Dağlıq Qarabağın əhalisi tək ermənilərdən deyil, həm də azərbaycanlılardan ibarətdir. Dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayonun hərbi işğalının qəbul edilməməsi davam etməlidir".

Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev illərlə sürən danışıqlar prosesinin təəssüf ki, nəticə vermədiyini bildirib. Onun sözlərinı görə, icma münaqişənin ədalətli həlli ilə bağlı ümidini itirmir. O, Dağlıq Qarqabağın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu və məşhur alim, musiqiçi, filosofların bu ərazidən çıxdığını əlavə edib:

"Ermənilər hazırda işğal altında olan, Azərbaycana məxsus mədəniyyət nümunələrini, irsi məhv etməyə çalışırlar. Biz hər gün peykdən çəkilmiş şəkillər vasitəsi ilə evlərimizin necə dağıldığını görürük. Son olaraq, mənim doğulduğum Şuşa şəhərində Gövhər Ağa məscidini fars mədəniyyət nümunəsi kimi bərpa edirlər. Lakin bu məscidin İranla heç bir əlaqəsi yoxdur. Lakin biz Bakının mərkəzində yerləşən erməni kilsəsini mədəniyyət nümunəsi kimi qoruyuruq. Biz ermənilərlə əsrlər boyu sülh şəraitində yaşamışıq. Lakin sonradan erməni millətçiləri ərazi iddiaları irəli sürüblər və onlar tək Dağlıq Qarabağı deyil, ermənilərin yaşamadığı ətraf rayonları da işğal ediblər".

Daha sonra tədbir sual-cavab sessiyası ilə davam edib.

***

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.

Trend-in məlumatına görə, bu barədə icmanın sədri Tural Gəncəliyev məlumat verib.

İcma rəhbəri qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır: “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlikdə Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43