Arxiv
19 Noyabr 2019, 11:28 | ƏDƏBİYYAT
Pansionatda.. otel otağı

Akif Cabbarlı


Hekayə

 


Məşhur pansionatın əsas korpusunda dördmərtəbəli binanın dördüncü mərtəbəsində onun üçün ayrılmış bir nəfərlik otağa girən andan ürəyi sıxılmağa, hədsiz darıxmağa başladı. Oğlu evdən gətirilən qab-qacağı, pal-paltarı şkafa yerləşdirdi, çaynikə su doldurub qaynamağa qoydu. Sonra bir alma soyub, səliqə ilə dilimlədi.

-Atacığım, alma ye, susuzluğa da, ürəyinə də xeyirdir. İndi çay da dəmləyərəm, içərsən. Bir azdan səni nahara da çağıracaqlar yəqin.

-Hə, hə, sən get, bala, yolda tıxaca düşərsən yoxsa.

Oğlu sağollaşıb düşəndə kişi onu ötürmək istəsə də alınmadı. Elxan buna heç cür razılaşmadı.

-Dincəl, rahatlan, əl-üzünü yu, çay içib sonra çıxarsan dəniz qırağına, məndən narahat olma, - dedi.

Yarım saatdan sonra Asif Yaşıldərəli isti gödəkçəsini geyinib dəhlizə çıxdı. İri, işıqlı çil-çıraqlar, rəngbərəng divar kağızları, şabalıdı qapılar binanın yenicə təmir olunmasından xəbər verirdi. Dəhliz boyu asta-asta addımlayan kişi bura axırıncı gəlişini xatırlamağa çalışdı. Gərək ki, o vaxtdan altı il keçmişdi. Onda bu dəhlizlər tamamilə köhnə dəbdə bəzənsə də, isti idi, maraqlı idi. İndi təmirdən təzə çıxsa da, heç adama yapışmırdı bu divarlar, işıqlı dəhlizlər. Sanki qocaman, mehriban, məsum bir insana modern kostyum geyindirmişdilər. Zahiri dəyişiklik insanın içini, qəlbini dəyişdirmədiyi kimi, bu bər-bəzək də qəribə bir soyuqluq, etinasızlıq saçırdı. “Hə, nədir, yenə yazıçılığın tutub deyəsən? Camaat maya qoyub pul töküb, iş görüb, sən də emosional duyğulara güc vermisən, nədi?” – deyə Asif müəllim mızıldandı. Yaxşısı budur, çıx dəniz qırağına, təmiz havadan çək ciyərlərinə.

Pansionatla çimərliyə düşən pilləkənlərin arası üç yüz-dörd yüz metr olardı. İstirahət ocağının böyük ərazisi vardı və bu ərazi bütünlüklə təbii şam meşəsini xatırladırdı. Bütün terraslar, cığırlar birbaşa sahil zolağına çıxırdı. Hava sərin idi, amma payız günəşi nədənsə küsmüş uşaqlar kimi işıq əvəzinə qaş-qabaq saçırdı. Heç sən deyən istiliyi də yox idi. Topa-topa buludlarla baş-başa verib, zamanənin gərdişi barədə xısınlaşırdılar sanki. Həyət-bacada tək-tük adam gözə dəyirdi. “Görünür, müalicə kabinetlərindədirlər” – deyə Asif müəllim ürəyindən keçirdi. “Yaxşısı budur, gedim mən də müalicə həkimiylə görüşüm”.

Köhnə dostu Zahid həkim kifayət qədər qocalmışdı. Yuxarı təşkilatlar müalicə ocağını abıra salsalar da, ötən illərin ağrısı-acısı bu kişinin sifətində açıq-aydın sezilən nişanələr cızmışdı. Səsi də kallaşmışdı. Astadan, sanki ürəyində danışırdı. Əslində, heç onun nə dediyini o qədər də asan başa düşmək olmurdu. Nəyisə təkrar soruşmaq da düzgün çıxmadığından söhbətləri təkqapıya oynanılan futbol yarışını xatırladırdı. Ötən gəlişində Asif müəllim həkimini belə görməmişdi. Bu cür ciddi dəyişiklik, Zahid kişinin sozalması ürəyini sızlatdı. Ayağa durub sağollaşanda gözü güzgüyə sataşdı.

-Hə, elə sən özün də o məsələ... Üzü sonuncu dayanacağa dirənən köhnə vaqon kimi xarlayıb tökülürsən, vallah. Ora-buranı qartlayıb, təkəm-seyrək tüklərini yan darasan da, gözünün altındakı qara torbacıqlar, sifətindəki xış yeri kimi şırımlar işlərin sən deyən qaydada olmadığından xəbər verir, Asif, - deyə ürəyindən keçirdi.

Sonra əsgər sayağı ovuclarını havada şappıldadıb xudahafizləşdilər. Danışdılar ki, hər gün görüşsünlər. Nədən ki, Asif müəllimin qan təzyiqini həkim özü ölçəcəkdi, tibb bacısını bu işə qatmayacaqdı. Yeməkxanada göndərildiyi stolun ətrafında daha üç nəfər əyləşmişdi. Bir kişi ilə iki qadın yeni gələn pasiyenti səmimi qarşıladılar. Axıradək bircə kəlmə də danışmadı. Xasiyyəti belə idi. Əvvəl kəşfiyyat aparar, kimin necə nəfəs aldığını, nə düşündüyünü, nə danışdığını dəqiqləşdirər, sonra münasibət qurardı. Yeməyini səbrlə yedi, sonra axıra saxladığı kotleti səliqə ilə salfetə büküb ayağa qalxdı.

-Bu kotleti otağa aparmıram, bayırda məni gözləyən pişiklərdən birinə verəcəm, - dedi. Stol yoldaşları bu sözlərin zarafat, yoxsa ciddi olduğunu kəsdirə bilmədilər

-Elə sənin kimilərdir də o pişikləri qudurdan – deyə tosqun qadın fısıldadı.

-Axı, o pişiklər qudurmayıblar, sadəcə ac olduqları üçün pilləkənin başında dayanıb ürəyiyumşaq adamları gözləyirlər.

-Hə, yaxşı-yaxşı, biz daşürəkliyik də deyirsən.

-Yox, bacı, mən həkim olmadığımdan sənin ürəyinin hansı materialdan olduğunu deyə bilmərəm.

Söhbət burada bitdi. Çünki ilk dəfə gördüyü adamla bu cür polemikanın çox uzanmasına ehtiyac da yox idi. Bayırda kotletin “müştəriləri” çox olsa da, vaxtilə evində saxladığı ağappaq, gombul pişiyini xatırladan birini gözü tutdu və kənara səsləyib, salfetin arasındakı kotleti ona yedirtdi. Pişik dərhal yemini içəri ötürdü, ağzını-burnunu yaladı, sonra da xumar baxışları ilə təzə hamisinə virtual təşəkkürünü də çatdırdı.

Bu vəziyyət eynilə axşam yeməyindən sonra da təkrarlandı və Asif müəllim qəlbində izaholunmaz bir rahatlıq duyğusu da yaşadı. Sonra stol yoldaşının – ucqar dağ rayonundan gəlmiş ixtisasca həkim olan Arif kişinin dəvətilə onun otağına getdi. Burada daha iki nəfərlə də tanış oldu. Ortalıqdakı jurnal stolunun üstünə düzülmüş meyvələrdən daddı və yeni tanışların təkidilə əlli qram zoğal arağı da içdi. Çünki etiraza yer yox idi. Pansionatlarda bu cür qonaqlıqlar təbii hesab olunur və bunlar bir növ istirahət gündəliyində tez-tez rast gəlinən prosedur qaydalarından sayılır.

Xudahafizləşib otağına döndü. Elə içəri girib idman paltarını geyinən andan ağlından ildırım sürətilə keçdi ki, gecə mütləq öləcək. Otaq ona büsbütün məşhur “Otel otağı” filmini xatırlatdı. Özünü də yüzdə-yüz Kərim müəllimin yerinə qoydu.

“Hə, nə olsun, o kişinin adı Kərim idi, mənimki də Asif. O, İstanbuldaydı, mən də Xəzərin sahilində, evimdən o qədər də uzaq olmayan məsafədə. O adamın səfəri büsbütün başqa məqsədli idi, mənimki də guya ki, istirahət, müalicə məqsədli. Ha fikirləşirəm, son beş-altı ildə - bu işsiz-gücsüz, imkansız dövrümdə yaşamaq limitimin tükəndiyini anlayandan ölməkdən savayı heç bir çıxış yolunun olmadığını dəqiq bilirəm. Bu anın nə vaxtsa baş verəcəyini anbaan gözləyirəm. Nə isə, yatım görüm axırı necə qurtarır” – deyib, odeyalı üstünə çəkdi.

Təbii ki, mən qəhrəmanımın və həmkarımın o qədər də çıxılmaz vəziyyətdə qalmasını istəmədiyimdən yatmasını istədim ki, dincəlsin, gümrahlaşsın, yeni günə təzə duyğularla başlasın.

Ertəsi günü oyanıb yaxşıca yuyundu. Ölmək o qədər də asan məsələ deyilmiş fikrilə geyinib həyətə çıxdı. Bir xeyli gəzişib, səhər yeməyinə yollandı. Arif həkim onu səmimiyyətlə qucaqladı.

-Qardaş, nə isə kefsizsən, nə olub? Nədir, tək qalmısan? Mən o xanımları gecə bir-bir qəbul elədim, qardaşcanı. Axı mən həm də həkiməm. Bu dünyada kef çəkməlisən. O tərəflərdə nələr olur, heç bərkgedən alimlərimiz də bilmir. Sonra bir şey deyim, gecə sizin mərtəbədə elə sən yaşda bir kişi ömrünü balalarına bağışlayıb. Xəbərin yoxdur?

Arif müsahibinə zəndlə, şübhəli-şübhəli baxırdı. Az qala ölən kişinin niyə Asif müəllim olmadığını cidd-cəhdlə soruşacaqdı. Asif Yaşıldərəlinin bədənindən soyuq bir gizilti keçdi və Arifi məscidlərdə əli əlcəkli, qara xalatlı ölüyuyanlara-mürdəşirlərə oxşatmaqdan savayı əlacı qalmadı.

Birdən-birə Asif müəllimin dəhşətli dərəcədə ürəyi bulandı. Doktorun dediyi qadınların sir-sifəti, vulqar hərəkətləri, ədaları gəlib durmuşdu gözünün qabağında. Vallah, əlli il qadınsız həyat sürərəm, o kifirlərin əlindən də yapışmaram. Bu fikri ürəyindən keçirsə də, dilinə gətirmədi. Tez-tələsik özünü Zahid həkimin yanına çatdırdı. Təzyiqini ölçdürdü – 180-nin 100-ə. Bu rəqəmlər onun üçün deyildi. Gecənin xofu, Arifin iyrənc söhbəti barometrə güc gəlmişdi. Zahid həkim isə bunu dəniz kənarında oksigenin bolluğu ilə izah elədi.

-Eybi yox, üç-dörd günə yoluna qoyarıq, heç nəyin fikrini eləmə.

-Heç nəyin fikrini eləmə. Ay Allah sənin köməyin olsun. Necə yəni heç nəyin fikrini çəkmə, ürəyinə salma. Mənim yerimdə olsan vallah təzyiqdən divara dırmaşarsan. Heç nəyin üstündə işdən araladılar, büdcəmə girdilər, dost-aşnanın, qohum-əqrəbanın vəzifəsiz adamdan üz döndərməyi, telefon zənglərinin kəsilməsi, evdəki maliyyə sıxıntıları, daha nələr-nələr... Di gəl döz. Oksigenin bolluğu-zadı bəhanədir, mən xasiyyətdə insanların bu dünyadan yeganə umacağı tamam başqa şeylərdir – diqqət, itirilmədən axtarılmaq, gecədən səhərədək uzanan şən dost məclisləri, qohum-qardaşın xeyir işləri, qayğısı, sayğısı, bir sözlə, biganəlikdən, unudulmaqdan uzaq bir həyat. Bunlar olmayanda, çatışmayanda isə mənim kimisinə nə qalır? – sadəcə otel otağına bənzər sakit bir guşə və...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik 12 Dekabr 2019, 20:24 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18