Arxiv
19 Noyabr 2019, 13:20 | AKTUAL
Cəfər Cabbarlı həftəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti 17 dekabr 2018-ci il tarixində "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalanıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı Həftəsi" keçiriləcək.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanmış və həmin tamaşaların "Cəfər Cabbarlı həftəsi" çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulmuşdur.

 

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

 

23-30 noyabr 2019-cu il tarixində həftə çərçivəsində nümayiş olunacaq tamaşalar :

 

23 NOYABR

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

C.Cabbarlı “Aydın”

(Akademik Rus Dram Teatrısaat 19:00)

 

25 NOYABR

Gəncə Dövlət Dram Teatrı

C.Cabbarlı “Dönüş”

(Gənc Tamaşaçılar Teatrı, saat 19:00)

 

26 NOYABR

Sumqayıt Dövlət Dram Teatrı

C.Cabbarlı “Solğun çiçəklər”

(Akademik Musiqili Teatr, saat 19:00)

 

27 NOYABR

Lənkəran Dövlət Dram Teatrı

C.Cabbarlı “Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

 

28 NOYABR

Şəki Dövlət Dram Teatrı

C.Cabbarlı “Sevil”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

 

29 NOYABR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

C.Cabbarlı “Oqtay Eloğlu”

(Gənc Tamaşaçılar Teatrı, saat 19:00)

 

30 NOYABR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

C.Cabbarlı “Yaşar”

(Akademik Milli Dram Teatrısaat 19:00)

 

 

 

 

 

 

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah Bakıda bu yollar bağlı olacaq - Rəsmi  11 Dekabr 2019, 14:26 Dünyanın ən bahalı şirkətinin adı AÇIQLANDI 11 Dekabr 2019, 14:19 Bələdiyyələrə seçki prosesi niyə sönük keçir? - Deputat incik DANIŞDI: “Yeni parlamentdən soruşarsınız” 11 Dekabr 2019, 14:17 “Ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm, amma…” - Şahlar Əsgərov 11 Dekabr 2019, 13:49 Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO 11 Dekabr 2019, 13:38 Türkiyə ABŞ-ın Yaxın Şərqə çıxışını bağlaya bilər – Sanksiyalara CAVAB 11 Dekabr 2019, 13:36 Əli Həsənov Fəxri Xiyabana gəldi: “Ulu öndərin ruhuna dualar oxudum 11 Dekabr 2019, 13:32 Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi 11 Dekabr 2019, 13:20 Seçkiləri müşahidə etmək üçün Azərbaycan  AŞPA-ya dəvət göndərib 11 Dekabr 2019, 13:16 Rəsmi Bakı erməni jurnalistlərin Azərbaycana səfərindən razı qalmayıb - AÇIQLAMA 11 Dekabr 2019, 13:16 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat YAYDI 11 Dekabr 2019, 13:11 Ramiz Mehdiyev iki institutun strukturunu DƏYİŞDİRDİ 11 Dekabr 2019, 13:06 Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası 11 Dekabr 2019, 13:04 Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA 11 Dekabr 2019, 13:03 İcra başçısı malları yanan sahibkarlara ÜMİD verdi 11 Dekabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 11 Dekabr 2019, 12:55 Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI 11 Dekabr 2019, 12:49 Tural Gəncəliyev: “Beynəlxalq təşkilatlar daha Ermənistanın yalanlarına inanmır” 11 Dekabr 2019, 12:39 Bakıda evdən 20 min manat oğurlandı 11 Dekabr 2019, 12:37 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - FOTO 11 Dekabr 2019, 12:30 ““EuroHome” bazarı sığortalanmayıbsa, bu halda FHN-nin də məsuliyyəti yaranır” - Ekspert   11 Dekabr 2019, 12:26 Əli Həsənov və Hacıbala Abutalıbov YAP-ın tədbirində - FOTOLAR 11 Dekabr 2019, 12:23 Fərid Şəfiyev: “Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil” 11 Dekabr 2019, 12:21 Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq” 11 Dekabr 2019, 12:10 “EuroHome”dakı yanğınla bağlı cinayət işi AÇILDI 11 Dekabr 2019, 11:57 "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video 11 Dekabr 2019, 11:53 Onlar bələdiyyə seçkilərində nə seçə bilir, nə seçilə 11 Dekabr 2019, 11:50 Noyabrda Azərbaycana turist ən çox bu iki ölkədən gəlib 11 Dekabr 2019, 11:49 Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO 11 Dekabr 2019, 11:46 “Qayıdış” qəsəbəsinin sakinləri pay torpağı ilə təmin olunub 11 Dekabr 2019, 11:45 Merkel 9 saatlıq danışıqlardan sonra: “Putin, sən qalib gəldin” 11 Dekabr 2019, 11:44 YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər 11 Dekabr 2019, 11:41 28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi 11 Dekabr 2019, 11:31 Təhsil Nazirliyi Biləsuvar və Masallıya mediatur təşkil edib - FOTO 11 Dekabr 2019, 11:31 Dünyada daha bir müstəqil dövlət yarana bilər 11 Dekabr 2019, 11:30