Arxiv
19 Noyabr 2019, 15:27 | AKTUAL
UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir

UNESKO baş qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyası çərçivəsində Mədəniyyət nazirlərinin birinci Forumu öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, forumda 100-dən çox ölkənin Mədəniyyət nazirləri iştirak edir. Forum çərçivəsində “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji”, “Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, “Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və “İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel keçiriləcək.

 

Forumu açıq elan edən UNESKO baş direktoru Odre Azuley tədbirin əhəmiyyətinə toxunaraq Baş Konfrans çərçivəsində ilk dəfə həyata keçirilən Forumun həm üzv dövlətlər arasında, həm də üzv dövlətlərlə təşkilat arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.

 

“Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji” mövzusuna həsr olunmuş paneldə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etmişdir. Nazir çıxışında mədəniyyət və mədəni irsin qorunması sahəsində ölkə və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların ənənələrini qoruyub saxlamaqla əsrlərdir sülh şəraitində birgə yaşadıqlarını, həmçinin ölkədə mövcud olan mədəni və dini abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyini, bu sahədə Heydər Əliyev Fondunun və Fondun prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd edib.

 

Ə.Qarayev, həmçinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında 2008-ci ildən ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” nin rolunu vurğulayaraq bu təşəbbüs çərçivəsində həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının mədəni müxtəliflik və dialoqu təşviq etməklə dünyada dayanıqlı inkişafa töhfə verdiyini bildirib.

 

Birinci paneldə Azərbaycanla yanaşı Əlcəzair, Andorra, Anqola, Benin, Xorvatiya, Nikaraqua, Hindistan, Burkina-Faso, Konqo, Fransa, Şimali Makedoniya, Mavritaniya, Paraqvay və Çinin mədəniyyət sahəsinə məsul nazirləri çıxış edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə sakinlərin problemləri yerində araşdırılır - FOTO   11 Dekabr 2019, 14:40 Yasamal rayonunda Heydər Əliyevin xatirəsi anılıb - FOTO 11 Dekabr 2019, 14:33 Sabah Bakıda bu yollar bağlı olacaq - Rəsmi  11 Dekabr 2019, 14:26 Dünyanın ən bahalı şirkətinin adı AÇIQLANDI 11 Dekabr 2019, 14:19 Bələdiyyələrə seçki prosesi niyə sönük keçir? - Deputat incik DANIŞDI: “Yeni parlamentdən soruşarsınız” 11 Dekabr 2019, 14:17 “Ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm, amma…” - Şahlar Əsgərov 11 Dekabr 2019, 13:49 Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO 11 Dekabr 2019, 13:38 Türkiyə ABŞ-ın Yaxın Şərqə çıxışını bağlaya bilər – Sanksiyalara CAVAB 11 Dekabr 2019, 13:36 Əli Həsənov Fəxri Xiyabana gəldi: “Ulu öndərin ruhuna dualar oxudum 11 Dekabr 2019, 13:32 Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi 11 Dekabr 2019, 13:20 Seçkiləri müşahidə etmək üçün Azərbaycan  AŞPA-ya dəvət göndərib 11 Dekabr 2019, 13:16 Rəsmi Bakı erməni jurnalistlərin Azərbaycana səfərindən razı qalmayıb - AÇIQLAMA 11 Dekabr 2019, 13:16 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat YAYDI 11 Dekabr 2019, 13:11 Ramiz Mehdiyev iki institutun strukturunu DƏYİŞDİRDİ 11 Dekabr 2019, 13:06 Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası 11 Dekabr 2019, 13:04 Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA 11 Dekabr 2019, 13:03 İcra başçısı malları yanan sahibkarlara ÜMİD verdi 11 Dekabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 11 Dekabr 2019, 12:55 Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI 11 Dekabr 2019, 12:49 Tural Gəncəliyev: “Beynəlxalq təşkilatlar daha Ermənistanın yalanlarına inanmır” 11 Dekabr 2019, 12:39 Bakıda evdən 20 min manat oğurlandı 11 Dekabr 2019, 12:37 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - FOTO 11 Dekabr 2019, 12:30 ““EuroHome” bazarı sığortalanmayıbsa, bu halda FHN-nin də məsuliyyəti yaranır” - Ekspert   11 Dekabr 2019, 12:26 Əli Həsənov və Hacıbala Abutalıbov YAP-ın tədbirində - FOTOLAR 11 Dekabr 2019, 12:23 Fərid Şəfiyev: “Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil” 11 Dekabr 2019, 12:21 Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq” 11 Dekabr 2019, 12:10 “EuroHome”dakı yanğınla bağlı cinayət işi AÇILDI 11 Dekabr 2019, 11:57 "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video 11 Dekabr 2019, 11:53 Onlar bələdiyyə seçkilərində nə seçə bilir, nə seçilə 11 Dekabr 2019, 11:50 Noyabrda Azərbaycana turist ən çox bu iki ölkədən gəlib 11 Dekabr 2019, 11:49 Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO 11 Dekabr 2019, 11:46 “Qayıdış” qəsəbəsinin sakinləri pay torpağı ilə təmin olunub 11 Dekabr 2019, 11:45 Merkel 9 saatlıq danışıqlardan sonra: “Putin, sən qalib gəldin” 11 Dekabr 2019, 11:44 YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər 11 Dekabr 2019, 11:41 28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi 11 Dekabr 2019, 11:31