Arxiv
20 Noyabr 2019, 11:22 | PARLAMENT
Rəşad Mahmudov: “Hamı bu keçidin nəticəsini maraqla gözləyir”

“İcbari Tibbi Sığortanın 2020-ci ildən bütün ölkə üzrə tətbiqi hər bir vətəndaşın ən böyük arzusu və gözləntisidir. Ölkə rəhbərliyi başda olmaqla, hamı bunun nəticəsini maraqla gözləyir. Düşünürəm ki, bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş da həkim və xəstəxana seçmək hüququ əldə edər. Bu həm də xəstəxanalar arasında sağlam rəqabətin inkişafına çox böyük təsir göstərər”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov 2020-ci ildə tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə bağlı sualı cavablandırarkən deyib.

Deputat vurğulayıb ki, Avropa ölkələrində və Türkiyədə İcbari Tibbi Sığortanın lokomotiv rolunu hər zaman dövlət yox, özəl xəstəxanalar təşkil ediblər:


“Çünki özəl xəstəxanalar eyni rəqəmə daha yüksək tibbi xidmət verərək, dövlət xəstəxanalarının da rəqabət zamanı müsbət istiqamətdə dəyişməsində rol oynayıblar. Bu birtərəfli qalarsa, bəlli zamandan sonra keyfiyyətin azalmasına gətirib çıxara bilər. Azərbaycabda pilot layihələrin keçirildiyi rayonlarda da xəstələrin müraciətinə əsasən, onlar Bakıda və Gəncədə özəl xəstəxanalara yönləndirilirdi”.

Rəşad Mahmudov dərmanların pulsuz olmasına da münasibət bildirib:

“Dərmanların pulsuz olmasına qanunvericilik deyil, İcbari Tibbi Sığorta Agentliyi və Səhiyyə Nazirliyi cavab verməlidir. Pasiyentin xəstəxanada qaldığı müddətdə aparılan müalicələri sığortanın tərkibinə daxildir.
İcbari Tibbi Sığortaya keçid ölkədə həm vətəndaşın məmnunluğunu saxlamaq, həm də həkimin öz işini rahat şəkildə tətbiq olunması üçün səhiyyənin inkişafına böyük bir təkan verəcək. Bu sistemə keçid hər bir ölkə üçün ağrılı bir prosesdir. Əsas odur ki, hər il nə qədər çox uğur qazana bilsək, gələcək illərdə daha mükəmməliyə gedən yolu tapmaq şansımız artacaq. 2020- ci il həm həkimlərin, həm də insanların üzərinə böyük məsuliyyət düşəcək. Hər bir ölkənin bu sistemə yanaşma tərzi var. Zaman içərisində dövlətin aidiyyatı qurumları bu haqda müzakirə apara bilər. İcbari Tibbi Sığorta  yeni bir sistem olduğuna görə başlanğıcda müəyyən çətinliklər də olacaq”

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57
SORĞU Yeni parlamentdə kimlər olsun?