Arxiv
21 Noyabr 2019, 13:26 | MEDİA
Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq

"Qarabağ" qəzetinin əməkdaşı Əntiqə Rəşid işdən çıxarılmasına etiraz əlaməti olaraq ictimaiyyətə və Mətbuat Şurasına müraciət ünvanlayıb.

Modern.az xəbər verir ki, Əntiqə Rəşid Mətbuat Şurasına ünvanladığı həmin müraciətində sosial şəbəkə hesabında canlı yayım açaraq, Qarabağı istədiyinə görə işdən çıxarıldığını qeyd edib:

"Bu ayın 3-də yüzlərlə soydaşım kimi mən də istifadəçisi olduğum Facebook səhifəmdən Prezidentimə, Ali Baş Komandanıma içərisində heç bir tənqid, təhqir, təhdid və ya hər hansı bir qəzəb hissi ifadə olunmayan, əksinə, yalvarıcı bir tərzdə müraciət etdim, yalvararaq kəndimdə, elimdə, obamda yaşlanmaq və ölmək istədiyimi bildirdim, yurduma qayıtmaq istəyimi ifadə etdim. Azərbaycan Konstitusiyasına görə heç bir cinayət törətməmiş, əmək hüququma mənfi təsir edəcək heç bir aqressiv iş görməmişəm.
Aradan 2-3 gün keçməmiş çalışdığım “Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov, redaktor Salman Alıoğlu və digər iş yoldaşım cinayət işlətmişəmmiş kimi, sən niyə Prezidentə müraciət etmisən, deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən sonra bildirdilər ki, ya müraciətini və Facebook səhifəni siləcəksən, bizdən də üzr istəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan. Əks halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə işdən qovacağıq. Mən heç bir suç işlətmədiyimdən nə ərizə yazdım, nə də paylaşımı sildim”.

Jurnalistin sözlərinə görə, həmin gün qəzetin kollektivi iclas çağırıb, əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib onu işdən çıxarıblar.

“Beləcə ayda cəmi 240 manat maaş (minimum əməkhaqqı qədər də deyil) aldığım işimdən azad edildim".

Ə. Rəşid müraciətində bildirib ki, üzərinə atılan çamurun qaldırılmasını, konstutisyon hüququnun və işinin bərpa olunmasını istəyirr

"Çingiz İsmayılovun və digərlərinin məqsədini bilmirəm, amma mən “Qarabağ” qəzetində neçə illərdir ki, Qarabağın bağıran haqq səsi olaraq çalışıram və bundan sonra da torpaqlarım düşmən tapdağından azad olunana qədər orada çalışacağam.
İstəyirəm bu ədalətsizliyə son qoyulsun”.

Jurnalist bildirib ki, heç bir əsası olmadan insanı işindən azad etmək qanunlarda yoxdur:

“Əgər kobudcasına pozulmuş haqq və hüquqlarım bərpa olmasa, cənab Prezidentə, I vitse-prezidentə müraciət edəcəm, hüquqlarımın bərpasını məhkəmə divarları arasında aramalı olacağam".

Ə.Rəşidin sözlərinə görə, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir və bədənində 22 qəlpə daşıyır. İşləmək qabiliyyətindən məhrumdur: “Bir övladımız var, evə çörək aparan yeganə mənəm. Bunu “Qarabağ” qəzetinin rəhbərliyi və kollektivi çox yaxşı bilir”.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, “Qarabağ” qəzetinin əməkdaşı Əntiqə Rəşid Aslanovanın müraciəti bu quruma daxil olub. O qeyd edib ki, prosedura uyğun olaraq, müraciət öncə Şura Katibliyində araşdırılıb:

"Katiblikdən mənə verilən bilgiyə görə, “Qarabağ” qəzetinin baş redaktoru və təsisçisi ilə telefon əlaqəsi saxlanılıb, baş vermiş hadisə onlarla müzakirə edilib. Prosedura uyğun olaraq, katiblik tərəfindən məsələ üzrə Mətbuat Şurasının Şikayətlər Komissiyasına məruzə ediləcək. Məsələ Komissiyanın iclasında müzakirə edildikdən sonar müvafiq rəy elan ediləcək. Öncədən nə isə demək mümkün deyil, müvafiq rəyin verilməsi Komissiya üzvlərinin səlahiyyətindədir".

M.Ələsgərlinin sözlərinə görə, planda dəyişiklik olmazsa, MŞ Şikayətlər  Komissiyasının iclası 27 noyabrda keçiriləcək:

"Qaydaya uyğun olaraq, həm şikayətçi, həm də şikayət olunan şəxslərin iclasda iştirakı təmin ediləcək, mövqeləri dinlənilərək nəzərə alınacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb 8 Dekabr 2019, 13:13 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?