Modern.az

“Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat

“Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat

21 Noyabr 2019, 16:32

“Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri olduqca böyük əhəmiyyət kəsb edir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfərini şərh edərkən bildirib.

 

Mehriban Əliyevanın aktiv fəaliyyətini yüksək qiymətləndirən deputat hesab edir ki, bu cür səfərlər ölkəmiz üçün olduqca faydalı nəticələr verəcək.

 

“Hətta bundan qabaq Fransada və digər ölkələrdə də görüşləri oldu. Bu səfərlərin olması, Azərbaycan diplomatiyası üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Rusiya bizimlə qonşu dövlətdir. Rusiya dövləti ilə yaxın münasibətlərin qurulması, ən azından Azərbaycanın bir çox problemlərinin həllində faydalı ola bilər. Dağlıq Qarabağ məsələsində Rusiyanın təsir gücü kifayət qədər böyükdür. Hesab edirəm bu istiqamətdə də müəyyən fikirlərin çatdırılması, Rusiya tərəfindən çalışmaların olacağı ehtimalı var. Ona görə də, bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm ki, hər iki prezidentin ayrı-ayrılıqda xarici öklələrlə təmasları və bu istiqamətdə Azərbaycanın mövqeyinin ortaya qoyulması, həm də Mehriban xanımın fəal olaraq Azərbaycanın hüdudlarını bu formada təmsil etməsi təqdirəlayiq bir addımdır. Xüsusilə də, Rusiya auditoriyasında bu məsələ ilə bağlı fikirlərin çatdırılmasına çox böyük ehtiyac var. Hesab edirəm ki, növbəti görüşlərdə də Azərbaycanın müəyyən prinsipial mövqeyinin şahidi olacağıq. Bir sıra görüşlər, xüsusilə də Rusiyanın baş naziri ilə görüş Azərbaycan-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradacaq”, - deyə Fazil Mustafa bildirib.

 

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri Baş Nazir Dmitri Medvedevin dəvəti ilə baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub