Arxiv
22 Noyabr 2019, 21:57 | AKTUAL
Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqalı böyüyür

Mühacir alveri ilə bağlı son günlər yaşanan qalmaqal böyüyür.

Modern.az xəbər verir ki, Müsavat başqanlığına namizəd Tofiq Yaqublusosial şəbəkə hesabında  partiya başqanı Arif Hacılının ünvanına sərt ittihamlar səsləndirib:


"AKM və saxta arayışlar haqqında. 2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb etmişəm, ancaq buna imkan verilməyib. Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin. AKM haqqında da bir neçə kəlmə deyim. AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb. Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatlı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir".


Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının ittihamlara cavabı özünü çox gözlətməyib:


"Tofiq bəy, müsavatçılara yanlış məlumat verməyə ehtiyac yoxdur. "Partiya sənədləri ilə 3 il ərzində tanış olmaq istəsəm də, tanış ola bilməmışəm" ifadəsini işlətməklə bu məsələni şişirtməyə cəhd edirsiniz.
Sizin arayışlara tanış olmaq istəyiniz haqqında müraciətiniz bu ilin avqust ayında olub. Mən də sizə hansı sənədi şübhəli bilirsənsə, onu söylə, birlikdə baxaq demişəm. Arayış verilən şəxslərin açıqlanmasını, onları ailə üzvlərinin təzyiqə məruz qala bilməsi və bir çox diğər səbəblərdən ictimailəşdirmək fikrimin olmadığını dəfələrlə söyləmişəm. Siz isə bu vaxta qədər Müsavat Partiyası ilə əlaqəli olan yalnız bir sənəd ortaya qoymusunuz ki, onun cavabı verilib. Müsavat AKM barədə də iki sorğunuz olub və hər ikisinə aydınlıq gətirməyə çalışmışam. Ilham Həsən barəsində o, sənəd alveri edir iddasını, siz irəli sürsəniz də, heç bir fakt ortaya qoya bilməmisiniz. Əgər kiminsə şifahi və yazılı bəyanatını əldə rəhbər tutmaq fakt hesab olunursa, onda ilk dəfə belə məlumat Siz həbsdə olan zaman Elnur Mirzə tərəfindən Sizin haqqınızda deyilib və mənim tərəfimdən təkzib olunub. Özünüz də bu barədə həbsdən çıxandan sonra qəzetlərin birinə müsahibə verərkən danışıb, Partiyanın bu istiqamətdəki fəaliyyətini tərifləmisiniz.
Sizə sənədi ötürən mənbə, mənə maraqlı deyil, onu soruşmuram. Sənədi təqdim edin, birlikdə araşdırın. Ya da hüquq-mühafizə orqanlarına təhvil verin".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda koronavirusa yoluxanların sayı ARTDI 2 İyul 2020, 11:15 Azərbaycan nefti bahalaşdı 2 İyul 2020, 11:10 “Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək 2 İyul 2020, 11:05 “Canavar yuvası” 2 İyul 2020, 11:01 Millimizin üzvünün axtarışa verildiyi qətlin TƏFƏRRÜATI: “Asfalta yıxaraq…” 2 İyul 2020, 10:57 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini TOPLADI 2 İyul 2020, 10:51 Mətbuat xidmətinin rəisi TƏLTİF OLUNDU 2 İyul 2020, 10:46 Azərbaycanda yeni magistral yolun tikintisinə başlanıldı 2 İyul 2020, 10:43 Bu dərsliklərin istifadə müddəti dəyişdirilir 2 İyul 2020, 10:40 Deputat: “Pandemiyaya baxmayaraq parlamentin işində boşluq yaranmadı” 2 İyul 2020, 10:37 Türk özünü qorumur, Tanrı türkü qorusun... 2 İyul 2020, 10:32 Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir 2 İyul 2020, 10:27 Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDI - ÖZƏL 2 İyul 2020, 10:21 DİM pulsuz onlayn sınaq imtahanı keçirir 2 İyul 2020, 10:18 Dərsliklərlə bağlı yeniliklər 2 İyul 2020, 10:13 İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00