Modern.az

\"Sumqayıt\"ın prezidenti mükafat verəcək

\

22 Noyabr 2019, 23:23

"Bu qələbəni Sumqayıta, buranın sakinlərinə həsr edirik. Şəhərin yaranmasının 70 illiyidir".

Modern.az "Report"a istinadən xəbər verir ki, bunları "Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın XII turunda lider "Qarabağ" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.


Onun sözlərinə görə, oyun çox maraqlı olub: "Birinci hissədə zəif oynadıq, istədiyimizi edə bilmədik. Fasilədən sonra Ayxan müəllim komandanı toparlaya bildi, futbolçuları ikinci hissəyə yaxşı hazırladı. İkinci hissədə daha aqressiv, daha istəkli "Sumqayıt" gördük və istədiyimizə nail olduq. İkinci hissəni daha yaxşı keçirdik. Əlbəttə, qələbəyə görə mükafat olacaq. Bu barədə bir qədər sonra özümüz danışacağıq. Məbləğ klubun sirridir, açıqlaya bilmərəm. Hər oyuna qalibiyyət üçün çıxırıq".

Rəfiyev komandanın hazırda yaxşı oyun sərgilədiyini vurğulayıb: "Əsas odur ki, "Sumqayıt"da oyun var, görürük. Bu gün qalib gəlmişik, sevinirik, amma gələcəkdə necə olacaq, Allah kərimdir. Ümid edirəm, bundan da yaxşı olar. Böyük ehtimalla, qışda Türkiyədə hazırlıq keçəcəyik. Komanda neçə mövsümdür orda hazırlaşır, bu dəfə də elə olacaq. Transferlərə baxacağıq. Hələlik komanda yaxşı təsir bağışlayır. Ola bilər yalnız 1 futbolçu götürək. Amma hazırda komanda bizi tam qane edir. Sadəcə, oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Elə olsa, nəticələr də get-gedə müsbət olacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI