Arxiv
25 Noyabr 2019, 10:29 | ƏDƏBİYYAT
Azərbaycan ədəbiyyatında ilkə imza atan yazıçı

Hər hansı bir yeniliyə ilk imza atmaq hər adamın qismətinə düşmür. Bu gün onun ana dilimizdə dedektiv janrında yazan ilk qadın yazıçı olduğu barədə hələ ki, söz deməyə heç kim tələsmir. Amma onun “Görünməyən həqiqət” dedektiv kitabı imzasını Azərbaycan ədəbiyyatı tarixində daim yaşadacaq...


Sakit, ağıllı, müstəqil düşüncəli və kübar xanımdır. İti zəkası, özünəməxsus rəngarəng xarakteri ilə seçilir. Bağışlamağı bacarır. Dostluqda sədaqətli, ünsiyyətdə mülayimdir...


Sumqayıt şəhərində dünyaya gəlib. 2004-cü iildə həmin şəhərin N.Tusi adına orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illərdə Sumqayıtda fəaliyyət göstərən müxtəlif kompüter mərkəzlərində müəllim işləyib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.Az saytında redaktor vəzifəsində çalışıb. 2017-ci ilin iyun ayından Qadin.Net saytının baş redaktorudur...


İndiyədək beş kitabı işıq üzü görüb. İlk kitabı “Görünməyən həqiqət” 2013-cü ildə, “Bir yarpağın arzusu” adlı ikinci kitabı 2015-ci ildə, “Hər şey qızım üçün” üçüncü kitabı 2016-cı ildə, sayca dördüncü kitabı “Adsız” 2017-ci ildə, sonuncu “Vanuatu adasının sakinləri” adlı beşinci kitabı isə 2019-cu ilin fevral ayında işıq üzü görüb...


...Ailəlidir, Murad adında bir oğlu, Xədicə adında bir qızı var. Murad 10, Xədicə isə 6 yaşındadırlar...


Haqqında söhbət açdığım yazıçı-jurnalist Xəyalə Murad həm də istedadlı tərcüməçidir. Bu günədək tərcümə etdiyi bir sıra hekayələr müxtəlif hekayə toplusunda yer alıb. 2018-ci ildə isə Vladimir Jeleznikovun “Müqəvva” əsərini tərcümə edərək oxuculara təqdim edib. Kitab qısa müddət ərzində dəfələrlə “ayın ən çox satılan kitabı” olub...


Yaradıcılığı bir sıra ədəbi mükafatlara layiq görülüb. Onların arasında “Fəxri fərman” və “Ən yaxşı hekayə” mükafatları da var. Onun “Vanuatu adasının sakinləri” romanının sinopsisi isə Rusiya Dövlət kinostudiyası olan “LENFİLM”in elan etdiyi beynəlxalq ssenari müsabiqəsində macəra filmləri kateqoriyasına görə ilk on beşliyə düşüb. "Yaşam naminə" hekayəsi sayəsində 2017-ci il noyabrında İsveçdə keçirilən "VI Beynəlxalq Ədəbiyyat Festivalı"-nda 38 ölkədən qoşulan 1200 yazıçı arasından fərqlənərək finalist olub. Və həmin hekayəsi ilə 2018-ci il aprelində "Женское Дерево ресурсности" adlı Beynəlxalq Ədəbiyyat müsabiqəsində III yer tutub...


Bəli, ana dilimizdə dedektiv janrında kitabı nəşr olunan ilk qadın yazıçı məqamına yüksələn Xəyalə Murad gənc olmasına baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixində öz imzası ilə əbədi yaşayacaq. Noyabrın 25-i Xəyalə xanımın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.


Elman Eldaroğlu,
[email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə təhlükəli həşərat növü aşkarlandı - FOTO 24 Sentyabr 2020, 09:58 Neft yenidən ucuzlaşdı 24 Sentyabr 2020, 09:55 Gəncə YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib - FOTO 24 Sentyabr 2020, 09:50 Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olacaq 24 Sentyabr 2020, 09:44 Çempionlar Liqasında “pley-off”un ilk oyunları yekunlaşdı - NƏTİCƏLƏR 24 Sentyabr 2020, 09:40 Dollar günə bu qiymətlə başladı 24 Sentyabr 2020, 09:34 Gücümüz birlikdədir! 24 Sentyabr 2020, 09:28 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI 24 Sentyabr 2020, 09:22 Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR 24 Sentyabr 2020, 09:16 Ali məktəblərədə boş qalan yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq 24 Sentyabr 2020, 09:10 DİM-dən tələbə adı qazananlara XƏBƏRDARLIQ: “Vaxtında qeydiyyatdan keçməsəniz...” 24 Sentyabr 2020, 09:04 Ceyhun Bayramov Gürcüstana gedti 24 Sentyabr 2020, 08:58 Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01