Modern.az

Avtomobil zavodunda yanğın

Avtomobil zavodunda yanğın

Dünya

1 Dekabr 2019, 23:26

Türkiyənin Düzcə şəhərində Birinci  Mütəşəkkil Sənaye Bölgəsindəki avtomobil hissələri istehsal edən zavodda yanğın baş verib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, qısa müddətdə geniş ərazini əhatə edən yanğının söndürülməsinə Bolu, Sakarya və Kocaeli şəhərlərindən də yanğısöndürən texnikalar cəlb edilib.

Düzce valisi Zülkif  Dağlı bildirib ki, fabrik böyük əhəmiyyət kəsb edən sənaye müəssisəsi olduğuna görə, yanğını tez bir zamanda söndürmək üçün Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsindən (AFAD) də helikopter istənilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü