Modern.az

Formula 1 yarışının biletlərin qiyməti açıqlandı 

Formula 1 yarışının biletlərin qiyməti açıqlandı 

3 Dekabr 2019, 16:58

Formula 1 Azərbaycan Qran Prisi 2020-yə biletlər satışa çıxarılıb.

 

Modern.az xəbər verir ki, 4 günlük biletlər 15 yanvar 2020-ci il tarixinədək 20 % endirimlə təklif olunur.

 

Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq.

 

Bu kampaniya ilə yanaşı yalnız yerli sakinlərə əlavə 25 % endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır.

 

Bundan başqa, yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərə endirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır.

 

Qeyd edək ki, dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 AZN arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110-190 AZN aralığındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü