Arxiv
4 Dekabr 2019, 00:17 | DÜNYA
Liderlər Suriyaya hücumların dayandırılmasına razılaşdı

“İdlib də daxil olmaqla Suriya vətəndaşlarına təhlükə yaradacaq hücumların dayandırılması mövzusunda razılıq əldə olundu”.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, bunu Almaniya və Fransa liderləri Suriya mövzusunda Londonda keçirilən Zirvə görüşündən sonra mətbuata açıqlamalarında bildiriblər.

Zirvədə əsas gündəmin Suriyadakı vəziyyətin müzakirə edilməsi olduğunu deyən Angela Merkel bildirib ki, İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi və başa çatdırılması ilə bağlı 4 ölkə lideri həmfikir olduqlarını vurğulayıb: “Bu məsələlərin icra mexanizmi və s. barədə  danışıqlarımız davam edəcək”.

Merkelin sözlərinə görə,  BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen siyasi mərhələ üçün fəaliyyətləri aktiv şəkildə dəstəkləyəcəklərini bildirib.

Suriyalı didərginlərin Türkiyənin və Rusiyanın nəzarətində olan təhlükəsiz bölgəyə qaytarılması məsələsinin yalnız BMT-nin iştirakı ilə mümkün olacağını deyən Almaniya Kansleri bu proseslə bağlı da danışıqların davam edəcəyini vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Suriya mövzusunda bütün qeyri-müəyyənliklər hələ aradan qaldırılmayıb: “İŞİD və terror ilə mücadilə məsələsində bir iradənin ortaya qoyulması çox önəmlidir”. Makron qaçqınlar mövzusunda əməkdaşlığın davam etməsinin lazım olduğunu da deyib. O, Suriya böhranının başa çatması üçün fəaliyyətlərin davam etməsi məsələsində liderlərin ortaq fikirdə olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 3-də Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Görüşdən sonra İngiltərə kraliçası II Yelizaveta görüşdə iştirak edən NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib. Toplantı sabah davam edəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43 Pensiyalar nə qədər artacaq? 19 Yanvar 2020, 10:37 Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər 19 Yanvar 2020, 10:27 Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb 19 Yanvar 2020, 10:20 Azərbaycanda ata adı və soyadından imtina edənlər - RƏSMİ 19 Yanvar 2020, 10:02 Masallıda ev yanıb 19 Yanvar 2020, 09:57 Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub 19 Yanvar 2020, 09:54 Tahir Mirkişili seçicilərə HESABAT verdi - FOTO, VİDEO 19 Yanvar 2020, 01:26 Ülvi Quliyev 20 Yanvar şəhidlərinin xatirə turnirində - FOTOLAR 19 Yanvar 2020, 00:57 Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib 19 Yanvar 2020, 00:38 Mahir Abbaszadə Sumqayıtda məskunlaşan seçiciləri ilə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 00:23 Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO 18 Yanvar 2020, 23:56 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19
SORĞU Yeni parlamentdə kimlər olsun?