Modern.az

Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq

Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq

5 Dekabr 2019, 19:18

ABŞ Suriyanın şimal-şərqindəki hərbi kontingentinin azaldılması və köçürülməsi prosesini başa çatdırıb.

 

Bunu “Reuters”ə müsahibəsində ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

Onun sözlərinə görə, Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq.

 

Esper qeyd edib ki, hər hansı hadisənin baş verəcəyi təqdirdə ABŞ hərbçilərinin sayını artıra bilər. Bununla belə, o, ABŞ-ın Avropa müttəfiqlərinin bölgəyə öz qoşunlarını göndərəcəyi təqdirdə Suriyadakı ABŞ qoşunlarının sayının azalacağını istisna etməyib.

 

Virtualaz.org

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...