Arxiv
6 Dekabr 2019, 09:08 | PARLAMENT
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR

Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi.

Maraqlıdır, Milli Məclisin hazırkı bitərəf deputatları növbədənkənar seçkidə namizəd olmaq istəyəcəkmi?


Modern.az saytı Milli Məclisin bitərəf deputatlarından bəzilərinin məsələyə münasibətini öyrənib.


Rasim Musabəyov
 tam götür-qoy edəndən sonra namizədliyini irəli sürmək haqqında qərar verəcəyini bildirib:


“Milli Məclis də cəmiyyətin bir hissəsidir, onun buraxılmasına yanaşmalar müxtəlif ola bilər. Ola bilsin ki, parlamentdə bir çoxları hazırkı dövrdən geriyə qalıblar, yeniləşməyə ehtiyac var. Mənim də yaşım az deyil, artıq 69-u tamam edəcəm. Tam götür-qoy edəndən sonra namizədliyimi irəli sürmək haqqında qərarımı verəcəm”.   


Jalə Əliyeva
 namizdəliyin irəli sürülməsinin arzudan doğan bir məsələ olmadığını bildirib:


“Ölkədə aparılan bütün islahatların, atılan addımların Azərbaycanın inkişafına xidmət etdiyi düşüncəsindəyəm. Son illərdə bütün sahələrdə həyata keçirilən fəaliyyətin bəhrəsini, uğurlu nəticəsini görürük. Bütün bu islahatlar qaçılmaz idi və ölkənin inkişafına istiqamətlənmişdi. Təbii olaraq Azərbaycan parlamenti də bu islahatlardan, inkişafdan geri qala bilməzdi.Yenilənmiş parlament, yeni düşüncə tərzi əlbəttə ki, ölkəmizin qanunvericliyinin daha da mükəmməlləşməsinə xidmət edəcək. Namizədliyi irəli sürmək arzudan doğan bir məsələ deyil. Xalq, insanlar bizi təkrar istəməlidir. Əgər seçicilərim məni millət vəkili olaraq görərsə, sözsüz ki, namizədliyimi irəli sürəcəm”.


Madər Musayev
 növbəti seçkilər barədə hələ düşünmədiyini vurğulayıb:

 
“Hələ ki yenidən namizədliyimi vermək haqqında düşünməmişəm, lakin tezliklə bu barədə fikirləşəcəm”.


Sabir Hacıyev
öncədən danışmağın doğru olmadığını bildirib:


“Növbədənkənar seçkilərin vaxtı hələ dünən  açıqlanıb. Ona görə də hələ qəti söz deyə bilməyəcəm”.


Əflatun Amaşov
namizədlik məsələsinin vəziyyətdəna asılı olacağını deyib:


“Hələ ki, prosesləri izləyirəm. Hesab edirəm ki, deputat olaraq ötən 4 il ərzində müəyyən işlər görə bilmişəm. Hətta seçicilərimə söz vermişəm ki, növbəti dəfə deputat seçilsəm də, seçilməsəm də imkanım daxilində onlara kömək edəcəm. Növbəti seçkilərə qatılmağım vəziyyətdən asılı olacaq”.


Aytən Mustafazadə
yenidən deputat olmaq istəyini istisna etməyib:


“Növbəti seçkilərə qatılıb namizədliyimi verməyi düşünürəm”.


Vahid Əhmədov
mütləq namizədliyini verəcəyini açıqlayıb:


“Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Həmçinin, gənclər də gəlməlidir. Ona görə də növbəti parlament seçkilərində mütləq namizədliyimi verəcəm”.


Aqil Abbas
növbəti seçkilərdə seçicilərinin fikirlərinə önəm verəcəyini qeyd edib:


“Qarabağ bölgəsindən 3 dəfə  Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşüb məndən razı qalıb-qalmadıqlarını soruşmuşam. “Hə” cavabı aldığıma görə namizədliyimi vermişəm. Bu dəfə də elə edəcəm. Seçicilərim nə cavab versələr, ona da uyğun hərəkət edəcəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54 Mədəniyyət nazirinə müşavir təyin olundu 12 Avqust 2020, 13:48 Xəzərdə “Qarabağ”ın qüdrəti 12 Avqust 2020, 13:42 Evdə gizli nişan edənlər cərimələndi 12 Avqust 2020, 13:36 Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI 12 Avqust 2020, 13:30 Sabahın hava proqnozu 12 Avqust 2020, 13:24 Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü 12 Avqust 2020, 13:18 Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev 12 Avqust 2020, 13:12 Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov 12 Avqust 2020, 13:07 Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43