Arxiv
6 Dekabr 2019, 16:25 | AKTUAL
Ermənistan Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib - Qorxmaz Hüseynov

Dekabrın 5-də Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin İdarə Heyətinin 10-cu toplantısı keçirilib. 

 

Modern.az xəbər verir ki, toplantıda Azərbaycan, İran, Türkiyə, Pakistan, Əfqanistan, İraq, Almaniya, İsveçrə, İordaniya, Liviya, Qırğızıstan və digər dövlətlərin müvafiq qurumlarının rəhbər şəxsləri olmaqla ümumilikdə 17 ölkənin nümayəndəsi iştirak edib. Həmçinin tədbirə UNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Meteorologiya Təşkilatın nümayəndələri də qatılıb. Toplantıda ölkəmizi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

 

 Toplantını giriş sözü ilə açan İranın energetika naziri Rza Ərdakanian müasir dünyada ekoloji vəziyyətin dəyişməsindən və suya tələbatın artmasından danışıb. Qeyd olunub ki, zəruri tədbirlər görülməsə gələcəkdə insanlar təmiz su çatışmazlığı ilə üzləşəcək. Bu, bütün ölkələrin problemi olmalı və onun aradan qaldırılması üçün birgə səylər göstərilməlidir. 

 

Sonra digər ölkələrin təmsilçiləri mövcud problemlər və onların həlli yollarından danışıblar. Bildirilib ki, problemin həlli region dövlətlərinin birgə əməkdaşlığı çərçivəsində mümkündür.

 

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanın təşkilatın idarə heyətinə üzv qəbul edildiyi üçün təşəkkürünü bildirərək, ölkəmizdə su sektorunun inkişafı və perspektivləri, o cümlədən dövlətin bu sahəni daim diqqətdə saxlaması ilə bağlı toplantı iştirakçılarını məlumatlandırıb. O, qeyd edib ki, Azərbaycanda su ehtiyatları məhduddur və bu ehtiyatların 70 faizi transsərhəd çayların payına düşür. Əhalinin artımı, sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində su ehtiyatlarından istifadə sürətlə artır. Bunları nəzərə alaraq, Azərbaycanın su strategiyasında transsərhəd çay hövzələrinin su ehtiyatlarının çirklənmə və tükənmədən mühafizəsi mühüm yer tutur. “Hesab edirik ki, dövlətlərin maraqlarının yaxınlaşdırılması transsərhəd çay sularından birgə istifadə haqqında qəbul edilmiş ümumi beynəlxalq-hüquqi sənədlərə və əlaqələndirilmiş regional su siyasətinə əsaslanmalıdır. Belə vacib sənədlərdən biri BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyadır. Azərbaycan bu Konvensiyanı 2000-ci ildə ratifikasiya edib, onun "Su və sağlamlıq" Protokoluna isə 2002-ci ildə qoşulub”

 

Q.Hüseynov nəzərə çatdırıb ki, Kür-Araz çayları hövzəsində yerləşən ölkələrdən yalnız Azərbaycan Helsinki Konvensiyasına qoşulub. Azərbaycan transsərhəd su siyasətini bu Konvensiyaya görə və qonşu ölkələrlə ikitərəfli müqavilələr əsasında qurur. İran ilə bu sahədə əməkdaşlığa 1963-cu ildən başlanılıb. Ötən dövr ərzində tərəflərin iştirakı ilə "Araz" su anbarı və "Mil-Muğan" hidroqovşağı istifadəyə verilib. Araz çayı üzərində yeni inşa olunan "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının istismarının razılaşdırılması üçün 2016-ci il fevralın 23-də imzalanmış sazişə uyğun olaraq Birgə Texniki Komissiya yaradılıb. Samur çayı ilə əlaqədar Rusiya ilə saziş imzalanıb, Kür çayı ilə bağlı Gürcüstan ilə ikitərəfli müqavilə üzərində iş aparılır.

 

 "Azərsu" ASC-nin sədri qeyd edib ki, Ermənistanla yaranmış münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil. Bu münaqişə Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib. Buna misal olaraq su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarını və digər su obyektlərini göstərmək olar. Nəzərə çatdırılıb ki, Azərbaycanın su infrastrukturunun yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyevin xüsusi tapşırığına uyğun olaraq 2013-cü ildə regionun ən müasir laboratoriyalarından biri və 2015-ci ildə ultrasüzgəc texnologiyasına əsaslanan və məhsuldarlığı sutkada 570 min kubmetr olan sutəmizləyici qurğular kompleksi istifadəyə verilib. Bununla yanaşı, ölkəmizdə sudan qənaətlə istifadə texnologiyaları sürətlə inkişaf etdirilir və qeyri-ənənəvi su mənbələrindən istifadə istiqamətində tədqiqatlar aparılır, eksperimental qurğular inşa olunur.

 

Sonra Regional Mərkəzin qarşısında duran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və növbəti illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov 2 Oktyabr 2020, 00:56 COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır 2 Oktyabr 2020, 00:41 “Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi 2 Oktyabr 2020, 00:27 Türkiyədən Azərbaycana dəstək davam edir 2 Oktyabr 2020, 00:21 Xocavəndin işğalından 28 il ötür 2 Oktyabr 2020, 00:06 Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR 1 Oktyabr 2020, 23:57 Türkiyədə daha 67 nəfər koronavirusdan öldü 1 Oktyabr 2020, 23:43 “Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində... 1 Oktyabr 2020, 23:27 Ermənistan qırıcıları Azərbaycan sərhədində 1 Oktyabr 2020, 23:18 Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək 1 Oktyabr 2020, 23:06 "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verildi 1 Oktyabr 2020, 22:54 “Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva 1 Oktyabr 2020, 22:47 Azay Quliyev “Əl-Cəzirə” televiziyasına müsahibə verib - VİDEO 1 Oktyabr 2020, 22:37 Sabiq müdafiə naziri: “Hazırda cəbhədə mövqe döyüşləri gedir” 1 Oktyabr 2020, 22:30 Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar 1 Oktyabr 2020, 22:13 Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT 1 Oktyabr 2020, 21:45 Düşmənin 4 gündə itirdiyi texnikanın QİYMƏTİ 1 Oktyabr 2020, 21:32 Ermənistan İsraildəki səfirini geri çağırdı 1 Oktyabr 2020, 21:26 Azərbaycan nefti bahalaşıb 1 Oktyabr 2020, 21:18 Ceyhun Bayramovun Luici Di Maio ilə telefon danışığı olub 1 Oktyabr 2020, 21:09 Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI 1 Oktyabr 2020, 20:45 “Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır” - Tural Gəncəliyev  1 Oktyabr 2020, 20:35 Rusiyanın baş prokuroru Qarabağ münaqişəsinin  BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir 1 Oktyabr 2020, 20:26 Ceyhun Bayramov səfirlə görüşüb -FOTO 1 Oktyabr 2020, 20:18 Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb 1 Oktyabr 2020, 20:10 Ukraynada Mixeil Saakaşviliyə hücum edildi 1 Oktyabr 2020, 20:04 Müdafiə Nazirliyi: Döyüş bayrağını qoruya bilməyən Ordunun iki yolu var 1 Oktyabr 2020, 20:00 Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO 1 Oktyabr 2020, 19:50 Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi 1 Oktyabr 2020, 19:40 Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə... 1 Oktyabr 2020, 19:33 Düşmənin 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil məhv edilib - Müdafiə Nazirliyi 1 Oktyabr 2020, 19:25 Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir 1 Oktyabr 2020, 19:17 Eskişehirspor futbol klubundan Azərbaycana dəstək 1 Oktyabr 2020, 19:10 Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK 1 Oktyabr 2020, 19:03 Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb 1 Oktyabr 2020, 18:56