Modern.az

Ürəyi altı saat dayanan qadın xilas edildi

Ürəyi altı saat dayanan qadın xilas edildi

6 Dekabr 2019, 22:27

İspaniyada həkimlər Pireney dağına çıxarkən şaxta nəticəsində ürəyi altı saat dayanan britaniyalı turisti xilas etməyə nail olublar.

Modern.az Axar.az-a istinadən  xəbər verir ki, hadisə noyabr ayında Kataloniyada baş verib. 34 yaşlı Audrey Şoeman və həyat yoldaşı Rohan dağa qalxarkən qar fırtınasına düşüblər. Hipotermiya səbəbindən qadın huşunu itirib və əri onun öldüyünü zənn edib. İki saat sonra hadisə yerinə gələn xilasedicilər qadının nəfəs almadığını, ürəyinin döyünmədiyini görüblər.

Həmin zamana qədər britaniyalının bədən hərarəti 18 dərəcəyə düşüb. Barselona xəstəxanalarının birinə çatdırılan qadının qanının bir hissəsi xüsusi avadanlıq vasitəsi ilə çıxarılıb, oksigenlə zənginləşdirilib və yenidən pasiyentin orqanizminə vurulub. Həkimlər Audrey Schoemanin bədən temperaturu 30 dərəcəyə çatdıqda ürəyin fəaliyyətini bərpa etmək üçün defibrillyatordan istifadə edib.

Qadının həkimi Eduard Arqudonun sözlərinə görə, dağdakı aşağı temperatur qadının beyni və bədənini qoruyaraq çürümə prosesinin qarşısını alıb.

Hadisədən 12 gün sonra britaniyalı xəstəxanadan buraxılıb. Donvurma səbəbindən onun əlləri hərəkətini və həssaslığını qismən itirib.

Qeyd edək ki, bənzər hadisə 2011-ci ildə Danimarkada da qeydə alınıb. Həmin vaxt yeniyetmələr qrupunun qayığı çevrilib və 16 yaşlı uşaqlar buzlu suya düşüblər. Hipertoniya səbəbindən yeddi nəfərin ürəyi altı saat ərzində dayanıb. Həkimlər xəsarət alanları həyata qaytara biliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?