Arxiv
7 Dekabr 2019, 16:01 | AKTUAL
"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO

Bu ilin fevral ayında baş verən zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığına və sərəncamlarına uyğun olaraq, Şamaxı, Ağsu və İsmayıllıda yararsız vəziyyətə düşən evlərin yerində yüzlərlə fərdi yaşayış evi, iki yaşayış binası tikilərək sakinlərin istifadəsinə verilib.

 

Şamaxı rayon sakini, 75 yaşlı Xuraman Həsənovanın fərdi yaşayış evi də zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Mənzil yaşamaq üçün yararsız olduğundan dövlətimizin başçısının tapşırığı ilə Xuraman nənəyə də dördmərtəbəli yaşayış binasından bütün əşyaları ilə təmin olunan üçotaqlı mənzil verilib.

 



Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Xuraman Həsənovanın evinə baş çəkib, ailə üzvləri ilə süfrə arxasında söhbət edib.



Modern.az xəbər verir ki, Azərtac-ın müxbiri həmin evdə olub, ev sahibinin təəssüratlarını öyrənib.



Xuraman nənə bildirib ki, dövlət başçısının onlara qonaq gəlməsi onun üçün gözlənilməz olub:

 

“Düzünü desəm, gözləmirdim, mənim üçün unudulmaz bir an oldu. Prezidentimizin evimizə gələrək mənzilin açarlarını bizə təqdim etməsi ailəmiz üçün ən böyük hədiyyədir. Çox sevindik, uçmağa qanadımız olmadı. Mənim 75 yaşım var, indiyədək Prezidentimizi yalnız televizorda görmüşdüm. Amma onunla görüşməyi, özü də evimdə... Sevincimizi ifadə etməyə söz tapanmıram”.





Xuraman nənənin oğlu Fərdar Həsənov deyir ki, Şamaxıdakı zəlzələdən sonra dövlət başçısı tərəfindən sakinlərə göstərilən diqqət və qayğı hər bir şamaxılının ürəyincə olub.



“Zəlzələ baş verəndən sonra Prezidentimiz bir neçə dəfə Şamaxıya gəlib. Qəzalı evlərin yenidən tikilməsi üçün tapşırıq verib, vəsait ayırıb. Bunun nəticəsində yeni evlər tikilərək sakinlərə verildi. Allah onun canını sağ eləsin”, - deyə Fərdar Həsənov bildirir.





Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadənin verdiyi məlumata görə, rayon üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət çoxmərtəbəli üç bina tikilib. Bundan başqa, 1175 evdə bərpa işləri görülüb. Yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da yeni evlər tikilir, həmçinin bərpa işləri aparılır.



Xatırladaq ki, bu il fevralın əvvəlində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə güclü zəlzələ olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Dağıntılar əsasən Şamaxı və Ağsu rayonlarında baş verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfərdə  koronavirusa yoluxma təhlükəsi var 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17 Kamran Bayramovun seçiciləri ilə səmimi görüşləri - Fotolar 27 Yanvar 2020, 18:14 Rektor kafedra müdirini CƏZALANDIRDI 27 Yanvar 2020, 18:06 Əflatun Amaşova ağır itki üz verdi 27 Yanvar 2020, 18:00 Musa Qasımlı Yardımlıda görüşlərini davam etdirir - FOTOLAR 27 Yanvar 2020, 17:59 MSK qalmaqallı dairəyə yeni sədr təyin etdi 27 Yanvar 2020, 17:57 Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE 27 Yanvar 2020, 17:51 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 27 Yanvar 2020, 17:44 Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM 27 Yanvar 2020, 17:42 BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb 27 Yanvar 2020, 17:36 Dövlət Agentliyi sahibkarlara müraciət edib 27 Yanvar 2020, 17:30 Könül Nurullayeva seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR - VİDEO 27 Yanvar 2020, 17:24
SORĞU Yeni parlamentdə kimlər olsun?