Modern.az

Milli dəyərlər - Sosial şəbəkələrdə qorunmayan dəyərimiz

Milli dəyərlər - Sosial şəbəkələrdə qorunmayan dəyərimiz

9 Dekabr 2019, 18:04

“Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması” mövzusunda tədbir keçirilib.

 

Birliyinin sədri Rövşən Nəsirov deyib ki, mədəniyyət millətin mənəvi dəyərlərinin özünəməxsusluğunu ifadə edir: “Beynəlxalq miqyasda dövlətlərin mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunur. İnformasiya Kommunikasiya Texnalogiyalarının sürətli inkişafının təsiri mədəniyyət sahəsindən də yan keçmir. Azərbaycanda İKT sahəsində müxtəlif dövlət proqramları qəbul olunmuş və həyata keçirilməkdədir. Dünyada və ölkəmizdə İKT-nin inkişafı, bunun nəticəsi olaraq yeni sosial şəbəkə proqramlarının yaranması və bütün ölkə ərazisində yayılması, gənclərin bu şəbəkələrdə aktiv iştirak etməsi təqdirəlayiq haldır.

 

Müasir dövrdə qloballaşma proseslərinin hegemonluğunu, həmçinin açıq şəkildə Azərbaycana qarşı aparılan informasiya müharibəsinin aqressiv xarakterini nəzərə aldıqda, mədəniyyət siyasətinin səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Aldadılaraq təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən bəzi qüvvələr anlamırlar ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənidir. Bu Vətəni, xalqın lideri olan Prezidentini və dövlət rəmzlərini qorumaq hər birimizin milli və mənəvi borcudur”. Tədbirdə ölkəmizdəki ifadə azadlığından dövlətimizə qarşı olanların söyüş və təhqir azadlığı kimi sui- istifadə olunması qətiyyətlə pislənib hər kəs milli- mənəvi dəyərlərimizə hörmətlə yanaşılmağa çağrılıb.

 

Qeyd edək ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır